Mojo.az Banner
SON DƏQİQƏ
20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda müəllim şagirdi döydü - VİDEO

23.11.2019 17:32 8 891
Bakıda müəllim şagirdi döydü - VİDEO
Bakının Xətai rayonunda yerləşən 269 saylı orta məktəbdə müəllim şagirdi döyüb.

Median.Az
xəbər verir ki, bu barədə Azvision.az -a valideynlərdən biri məlumat verib. Bildirilib ki, məktəbin rus bölməsində çalışan rəsm müəllimi İradə Əhmədqızı dərs zamanı şagirdi döyüb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum olmasa da, adıçəkilən müəllimin bir neçə dəfə oxşar hərəkətlərə yol verdiyi deyilir.

"Rəsm kurslarına gedən hansısa şagird yaxşı rəsm çəkirsə, onu döyərək, "bu şəkli başqasına çəkdirmisən, özün çəkə bilməzsən" deyir. Bütün uşaqları bezdirib. Dəfələrlə direktora müraciət etmişik, amma cavab belə olub ki, məktəbin tək rəsm müəllimi odur, işdən çıxara bilmərik", - deyə valideyn vurğulayıb.

Məsələ ilə əlaqədar R.Məmmədov adına 269 nömrəli tam orta məktəblə əlaqə saxlayıb. Məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, müəllimin şagirdə (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) qeyri-uyğun davranışı ilə bağlı videogörüntü 2018-2019-cu tədris ilində çəkilib.

"Valideyn bu haqda həmin vaxt məktəb rəhbərliyinə heç bir müraciət etməyib. 22.11.2019-cu il tarixində valideyn məktəbə gələrək videogörüntünü direktora təqdim edib. Direktor dərhal müəllim və valideynlə birgə söhbət aparıb. Məsələ ilə bağlı müəllimin izahatı alınıb. Müəllim izahatında özünü dərs zamanı pis apardığına və lazımsız ifadə işlətdiyinə görə şagirdə istəmədən əl qaldırdığını bildirib. Məktəb direktoru tərəfindən müəllimə xəbərdarlıq edilib.

Qeyd edək ki, məktəbdə müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır, uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür", - deyə məlumatda qeyd olunub.

скачать dle 11.3

Son xəbərlər