9 və 11-ci sinif şagirdlər üçün buraxılış imtahanları keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 2011-ci ildən bəri ilk dəfə: Gümüşün qiyməti kəskin bahalaşdı  |     22:57 “TikTok”a yeni funksiya gəlir  |     22:50 Bakıda 7000 manatlı pensiya dələduzluğu  |     22:44 Tramp ölümüylə bağlı şayiələrə reaksiya verdi  |     22:38 Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?  |     22:31 Misirin Baş naziri: İsrail Qəzza ilə bağlı son təklifi qəbul etməlidir  |     22:25 Krımda rusların unikal peyk avadanlığı məhv edildi  |     22:16 Avropada ən ucuz pivə haradadır? - Ekspertlər lider şəhərləri açıqladı  |     22:08 Astarada 10 aylıq körpə hərarətdən öldü  |     22:00 Boksçu Co Baqner vəfat etdi  |     21:55 Bu vətəndaşlar 50% artıq subsidiya alacaqlar  |     21:46 Azərbaycanda qız məzun Hərbi İnstituta qəbul oldu - FOTO  |     21:41 Gözəl bir təbəssüm üçün lazım olan vitaminlər hansılardır?  |     21:33 İsmayıllıda ayılar kənddə göründü - VİDEO  |     21:32 Amerikada təyyarələr havada toqquşdu - Ölən və yaralılar var  |     21:25 Tokayev: "Xəzər dənizi ilə bağlı vəziyyət ekoloji fəlakətə yaxınlaşır"  |     21:15 Husilər İsrailin neft tankerini vurublar  |     21:07 Naxçıvanda çörək sexində nöqsanlar aşkarlandı  |     21:01 Abşeronda narkokuryerlikdə təqsirləndirilən şəxslər həbs olunublar  |     20:56 "Aston Villa" "Mançester Yunayted"in futbolçusunu transfer edib  |    

9 və 11-ci sinif şagirdlər üçün buraxılış imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün 10 sentyabr 2020-ci il tarixində buraxılış imtahanları keçiriləcək.

Mərkəzdən bildirilib ki, imtahanlar Bakı, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Yevlax, Şəki, Ağcabədi, Kürdəmir, Sabirabad, Lənkəran, Cəlilabad, Masallı, Xaçmazda təşkil olunacaq.

İmtahan nəticələri şagirdlərin yekun qiymətləndirmə sənədinə yazılacaq və onlara attestat veriləcək.

İmtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi” və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni aşağıdakı linklər vasitəsilə DİM-in saytından çap edib götürə bilərlər:

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı;

Azərbaycan dili (dövlət dili kimi) imtahanı.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır.

Diqqət! Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 18277, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 1789 şagird iştirak edəcək. 369 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 340 01.09.20 22:41