Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

DİM 24-25 iyunda keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərə müraciət etdi

20.06.2020 14:45 1 534
DİM 24-25 iyunda keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərə müraciət etdi
Dövlət İmtahan Mərkəzi (DİM) 24 və 25 iyun tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib.

DİM-dən verilən məlumata görə, şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər. 

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.

Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

24 və 25 iyun tarixlərində (Yeni qrafik) imtahan verən şəxslər DİM-in saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni” çap edə bilərlər:

– 9 və ya 11-ci sinif üzrə buraxılış imtahanları;

– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları.

Bir daha xatırladırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, DİM tərəfindən 24 və 25 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib və sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.скачать dle 11.3
Mojo.az Banner