Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Valideyn himayəsindən məhrum olmuş uşaqlara daha bir qayğı

25.08.2020 17:01 1 317
Valideyn himayəsindən məhrum olmuş uşaqlara daha bir qayğı
Nazirlər Kabineti “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli qərarında dəyişiklik edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu dəyişiklik valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan dövlət ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlarla yanaşı, peşə təhsili müəssisələrində də təhsil alan şəxslərə təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınmasının məhz təhsil aldığı müəssisə hesabına təmin edilməsini, yaxud həmin peşə təhsili müəssisəsi tərəfindən dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət verilməsini nəzərdə tutur.

Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin mənzillə təmin olunduğu “Məzun evi” Sosial Müəssisəsi Heydər Əliyev Fondunun mühüm sosial əhəmiyyətli layihələrindən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən müəssisədəki yeni yaşayış binalarında 365 gənc mənzillə təmin olunub və daha bir yaşayış binası da tikilir.

Nazirlər Kabineti yeni Qərarla “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsində də dəyişiklik edib. Dəyişiklik həmin müəssisədə yaşayan, dövlət ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlarla yanaşı, peşə təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin də kommunal xərclərinin onların təhsil aldığı müddətdə “Məzun evi” Sosial Müəssisəsi tərəfindən ödənilməsini nəzərdə tutur.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından dövlət, ümumi təhsil, orta iхtisas təhsili, ali təhsil müəssisələri ilə yanaşı, peşə təhsili müəssisələrini bitirən şəxslər də məhz müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 27,5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla, birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar.скачать dle 11.3
Mojo.az Banner