Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər  |     17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub  |     17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi  |     17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA  |     17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi  |     17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?  |     17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü  |     17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb  |     17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |    
Mojo.az Avto
Mojo.az Avto

TƏBİB rəsmisi: “Yenidən qapanmalara getmək istəmiriksə, təlimatlara riayət etməliyik”

21.08.2020 18:55 1 905
TƏBİB rəsmisi: “Yenidən qapanmalara getmək istəmiriksə, təlimatlara riayət etməliyik”
Restoranlarda təmizlik qaydaları da müvafiq normalara uyğun şəkildə aparılır.

Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, karantin qaydalarına riayət olunmadığı bütün hallar yoluxma riskinin artmasına şərait yarada bilir:

“Karantin rejiminin yumşaldılması çərçivəsində restoran və kafelərin açıq hava şəraitində və xüsusi tərtib edilən karantin qaydalarına uyğun şəkilfə fəaliyyətinə icazə verilib. İaşə obyektlərinin qaydalara riayət etməsinə isə aidiyyəti orqanlar nəzarət edir. Təbii ki, laqeyd yanaşma yoluxmaların artmasına təsir göstərə bilər. Lakin əgər biz yenidən qapanmalara getmək istəmiriksə, fərd olaraq hər birimiz bu təlimatlara riayət etməliyik”.

Son xəbərlər