Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:13 Bu rüsum 4 dəfə azaldılır | 11:48 Viski içib maşın sürdü, 7 yaşlı uşağı vurub öldürdü - Təfərrüat | 11:47 Bir cihazdan müxtəlif bank hesablarına giriş mümkün olmayacaq | 11:46 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib | 11:45 Gümüş kəskin ucuzlaşdı | 11:44 Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı dava ilə bağlı şikayət verildi | 11:43 Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırıldı | 11:42 Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə | 11:42 Azərbaycan nefti bahalaşıb | 11:41 Qubada qadını vurub öldürən sürücü tutuldu | 11:40 Çempionlar Liqasında bu gün hansı oyunlar var? - TƏQVİM | 11:34 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb | 11:32 Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi | 11:25 Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur | 11:24 400 tondan artıq təhlükəli toyuq əti - 3 nəfər məsuliyyətə cəlb olunub | 11:16 Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu | 23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər |
Mojo.az Avto
Mojo.az Avto

Pandemiyadan zərər çəkmiş sahibkarlara 76 milyon manat dəyərində maliyyə dəstəyi göstərilib

19.08.2020 18:58 1 773
Pandemiyadan zərər çəkmiş sahibkarlara 76 milyon manat dəyərində maliyyə dəstəyi göstərilib
Bu günə qədər maliyyə dəstəyi proqramları çərçivəsində koronavirus pandemiyasından zərə çəkmiş 107.191 fərdi (mikro) sahibkara 76 milyon manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib.

Bu barədə məlumat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə ikinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait köçürülməsinə başlanılıb.

Maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir və avqust-sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergi ödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur.

Avqustun 19-u tarixinə ikinci mərhələ çərçivəsində 228.175 muzdlu işçini əhatə edən 22.603 vergi ödəyicisinin bank hesablarına ilkin olaraq 50,38 milyon manat köçürülüb.

Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 12.177 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır.

Həmçinin aprel-iyun ayları ərzində işçilərinin hamısını (1666 nəfər) ixtisar etmiş 553 vergi ödəyicisinə və işçilərinin sayında ciddi azalmalara yol vermiş 374 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilməsindən imtina edilib.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Son xəbərlər