18:08 İlqar Mustafayevin MƏHKƏMƏ İŞİ: Sabiq idarə rəisi nə qədər pul mənimsəyib?  |     17:57 Mingəçevirdə maşın velosipedçini vurdu  |     17:40 İlham Haqverdiyevə qarşı ittiham irəli sürüldü  |     17:20 Filippin sahillərində güclü zəlzələ oldu  |     16:35 Sinaqoqda terrora hazırlaşan İŞİD-çi hakim qarşısında  |     16:31 Rusiyada təcili eniş edən AZAL təyyarəsi texniki baxışdan nə vaxt keçib?  |     16:05 Arda Turan: "Azərbaycan millisinə böyük hörmətim var"  |     15:16 Nizami Rəmzinin qızı saxlanıldı  |     14:42 Bakıda oğurluq edən iki nəfər saxlanıldı - Biri 66 yaşlı qadındır  |     13:37 Azərbaycanda qızıl istehsalı kəskin artıb  |     13:02 Xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmadı  |     13:01 Azərbaycanda bir qrup müəllimə maaşdan əlavə pul veriləcək  |     12:59 Generaldan sonra polkovnik də azadlığa çıxdı  |     12:59 Ağstafa İcra Hakimiyyətinin həyətində kürəkən qohumlarını öldürməklə hədələdi  |     12:55 Mingəçevirdə ehtiyatsızlıqdan sirkə turşusu içən qadın öldü  |     12:54 Lerikdə müəllim direktor tərəfindən döyüldüyünü iddia edir  |     12:53 Hövsanda 7-ci mərtəbədən yıxılan uşaq ailənin tək övladı imiş - TƏFƏRRÜAT (Video)  |     12:51 Nazirlikdən XƏBƏRDARLIQ: İki ərazidə partlayışlar olacaq  |     12:49 "WhatsApp"da yeni məhdudiyyətlər tətbiq ediləcək  |     12:48 "Real Madrid"in keçmiş futbolçusu insult keçirib  |    

Sahibkarlara şad xəbər: sentyabrın 10-dan sonra...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramları çərçivəsində vəsaitlərin köçürülməsi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqına 2-ci dəfə maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergi ödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur və vəsaitlər avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödənilir.

Avqust ayında yeni maliyyə dəstəyi çərcivəsində 234.355 muzdlu işçini əhatə edən 22.885 vergi ödəyicisinə 51.939,4 min manat vəsait ödənilib. Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 18.245 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır. İkinci maliyyə dəstəyi çərcivəsində avqust ayında 49.887 fərdi (mikro) sahibkara 12.471,8 min manat birdəfəlik maliyyə dəstəyi göstərilib.

Sentyabr ayının 10-dan sonra ikinci maliyyə dəstəyi proqramı çərçivəsində sahibkarların muzdlu işçilərinə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanacaqdır.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            918 01.09.20 22:05