Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Balakəndə yaşayış yerini tərk edən COVID-19 xəstəsi tutuldu - VİDEO

12.08.2020 15:35 1 575
Balakəndə yaşayış yerini tərk edən COVID-19 xəstəsi tutuldu - VİDEO
Balakən Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayonun Qazma kənd sakini Taleh Məmmədovun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, ancaq o, qaydaları pozaraq yaşayış yerini tərk edib.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyən edilib.

T.Məmmədovun mağazaya və başqa bir neçə yerə getdiyi məlum olub. Polis əməkdaşları və həkimlərin müşayiəti ilə o, təcili tibbi yardım avtomobilinə əyləşdirilərək, koronavirus xəstələrinin müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl də T.Məmmədov yaşayış yerini tərk etdiyinə görə onunla profilaktik söhbətlər aparılıb. Bu hərəkətinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılaraq ciddi xəbərdarlıq edilmişdi. Ancaq o, bundan nəticə çıxarmayaraq yenidən qaydaları pozub.

Hazırda məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilməsi üçün Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.


Son xəbərlər