Mojo.az Banner
23:03 Dünyanın ən yaxşı şəhərləri açıqlandı  |     22:58 Paytaxtda oğurluq edənlər saxlanılıblar  |     22:51 Bu avtomobillərin ehtiyyat hissələri ucuzlaşa bilər  |     22:45 Azərbaycanda vəzifəli şəxs videosu ilə şantaj edildi  |     22:39 Bakı-Qazax yolu iflic vəziyyətdə  |     22:32 "Spartak"ın baş məşqçisi istefa verdi  |     22:27 Qazaxıstan neft məhsullarının ixracına qadağa qoydu  |     22:20 "Fənərbağça" UEFA-ya şikayət etdi  |     22:12 Məktəblərdə direktor seçimi yalnız müsahibə əsasında olacaq  |     22:04 Gökberk Demircinin yeni layihəsi  |     21:59 Zəfər paradında nümayiş etdirilən yeni raketin üstünlükləri  |     21:50 Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsinin qalıqları tapılıb  |     21:44 Pakistanın Baş naziri Türkiyə Prezidentinə başsağlığı verib  |     21:35 Toy karvanındakı qəzada yaralanan şəxsin son durumu  |     21:30 Monqolustan quzusunun kababının dadı necə olur? - TEST EDİLDİ  |     21:24 Qəzaya uğrayan C-130-un xüsusiyyətləri  |     21:16 Kürdəmir sakini göyərçinlərinə hücum etdiyinə görə pişiyi asdı - Video  |     21:11 Balakəndə velosipeddən yıxılan şəxs ÖLDÜ  |     21:02 Bakıda mənzildə iki nəfərin MEYİTİ TAPILDI  |     20:56 İndiyədək Qəzzada ölənlərin sayı açıqlandı  |    
Left Banner
Right Banner

Masallıda yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlanıb

27.03.2021 15:08 1 398
Masallıda yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlanıb
Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı şəhər sakini M.Bədəlbəyliyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.скачать dle 11.3