Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb | 17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? |
Mojo.az Avto
Mojo.az Avto

Yaşayış yerini tərk edən iki “COVID-19” xəstəsi barədə araşdırmalara başlanıldı

09.11.2020 16:39 1 044
Yaşayış yerini tərk edən iki “COVID-19” xəstəsi barədə araşdırmalara başlanıldı
Mingəçevir Şəhər Polis Şöbəsinə “COVID-19” infeksiyasına yoluxmuş iki şəhər sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakinləri - V.Qurbanova və İ.Bayramovanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, ancaq həmin şəxslər karantin qaydalarını pozaraq yaşayış yerlərini tərk ediblər.

Polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan və vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan V.Qurbanova və İ.Bayramovanın qanunazidd hərəkətlərinin qarşısı alınaraq, onlar həkim briqadasının da müşayiəti ilə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxs barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər