Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır | 19:48 İspaniyaya üzən qayıqda 7 miqrant ölüb | 19:28 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı |
Mojo.az Avto
Mojo.az Avto

Azyaşlı azərbaycanlı bloqer Ermənistanın faşist siyasətinə etirazını bildirib - VİDEO

04.08.2020 15:55 2 271
Azyaşlı azərbaycanlı bloqer Ermənistanın faşist siyasətinə etirazını bildirib - VİDEO
İsveçrədə yaşayan 13 yaşlı azərbaycanlı bloqer Ilkin Səfərli Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasətinə etiraz əlaməti olaraq dünya ictimaiyyətinə müraciət edib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Cenevrədəki beynəlxalq məktəbdə təhsil alan yeniyetmə soydaşımız Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan tərəfindən işğal edildiyi, 30 ildir həmin bölgədə qeyri-qanuni qondarma rejimin fəaliyyət göstərdiyi, Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən uzaqda yerləşən Tovuz istiqamətindəki dövlət sərhədinə hücum etdiyi, Azərbaycan diasporunun xaricdə keçirdiyi etiraz aksiyaları barədə ətraflı məlumat verib. Onun müraciəti görüntülərlə və məntiqli suallarla müşayiət olunub.

O, Tovuz təxribatından sonra dünya azərbaycanlılarının xarici ölkələrdə dinc və sivil qaydada etiraz aksiyaları keçirdiyinə, özünün də azərbaycanlı icmasının BMT-nin Cenevrədəki mənzil-qərargahının qarşısında gerçəkləşdirilən mitinqdə iştirak və çıxış etdiyinə, xalqımızın sülh yolu ilə haqqı tələb etdiyinə diqqəti cəlb edib.

Azərbaycan diasporunun Ermənistanın faşist mahiyyətli siyasətinə qarşı bütün dünyada ayağa qalxmasından sonra ermənilərin barbar və terrorçu xisləti ilə Los-Ancelesdə, Brüsseldə və Londonda azərbaycanlı etirazçılara hücum etdiklərini, Kiyevdə gecə dörd tələbəni güllələyərək, yaraladıqlarını vurğulayıb.

Bloqer azərbaycanlıların və ermənilərin aksiyalarını müqayisə edib. Bu zaman onun təqdim etdiyi görüntülərdə azərbaycanlıların bütün hüquqi və davranış qaydalarına riayət etməsi, ermənilərin isə Azərbaycanın dövlət bayrağına qarşı yolverilməz və təhqiramiz hərəkətləri, onların soydaşlarımıza hücumları nümayiş etdirilib.

Azyaşlı soydaşımız dünya ictimaiyyətinə müraciət edərək, torpaqlarımızın erməni işğalından dinc yolla azad edilməsinə və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına çağırış edib.
Onun çıxışı “Ermənistanın işğalçı siyasətinə son qoyulsun!”, “Mən Azərbaycandanam və biz sülh istəyirik!” şüarları ilə yekunlaşıb.


Son xəbərlər