Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:45 Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat | 13:43 Bakının bu rayonunda mənzillər bahalaşır – Ucuz evlərin sirri nədir? | 13:41 Avtomobili qışda uzun müddət saxlamaq üçün hansı qaydalara əməl etmək lazımdır? | 13:39 Ən təhlükəli elektron siqaret dadları müəyyən edilib | 13:37 Bakıda qarajlar rekord həddə bahalaşdı | 13:34 Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nə vaxt çap olunacaq? | 13:29 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? | 13:24 Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb | 13:17 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib | 13:12 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar | 13:04 Qızıl ucuzlaşsa da, zinət əşyaları niyə əvvəlki qiymətə satılır? – AÇIQLAMA | 13:01 İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" | 12:52 Ermənistanın yeni konstitusiya layihəsi dərc olundu: Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı | 12:42 Eyni mənzili bir neçə nəfərə satan MTK rəhbəri həbs edildi - Milyonluq dələduzluq | 12:41 Bakıda körpə 11-ci mərtəbədən yıxılıb öldü | 12:26 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü | 12:12 Bakıda hoteldən meyit tapıldı | 12:06 "Barselona"nın Bakıya nə vaxt çatacağı bəlli oldu | 23:01 Telefon suya düşəndə bu 4 səhvi etməyin: Ən təhlükəsiz üsul nədir? | 22:56 İtkin düşən 4 nəfər tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

“Tri koronı”nın yaxınlığındakı gölün qurudulması işi yenidən başladı - VİDEO

28.07.2020 13:54 3 370
“Tri koronı”nın yaxınlığındakı gölün qurudulması işi yenidən başladı - VİDEO
Bakı şəhərinin Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, “Tri koronı” (“Üç tac”) yaşayış kompleksinin yaxınlığında yerləşən gölün qurudulması ilə bağlı bu gün səhərdən yenidən iş başlayıb.

Bu haqda Yeni Sabah-a həmin ərazidə yaşayan sakinlər məlumat verib.

Xəbərdə bildirilir ki, bu gün səhər saatlarından ərazidə yenidən ağır texnika ilə iş başlayıb.

Sakinlər bildirib ki, ölkədə su böhranının yarandığı bir vaxtda gölün qurudulması böhranı daha da dərinləşdirməyə xidmət etməkdir.

Xatırladaq ki, bir neçə gün əvvəl də həmin gölün qurudulması işi davam etdirilmişdi. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilən şikayətdən sonra nazirliyin tələbi ilə ərazidə tikinti işləri dayandırılmışdı.

Maraqlıdır ki, iyulun 19-da Yasamal rayon İcra Hakimiyyəti “Tri Koronı” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmadığı barədə xüsusi açıqlama yaymışdı:

“Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi, heç bir inşaat yoxdur, göl qurudulmur”.



Son xəbərlər