Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlər Kabineti yanında Operativ Qərargahın müraciəti

17.07.2020 23:12 1 543
Nazirlər Kabineti yanında Operativ Qərargahın müraciəti
"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat üçün açıqlamalarını ictimaiyyətə qeyri-dəqiqliklə təqdim edir. Belə ki, KİV və sosial şəbəkə vasitəçiləri yayımlanan rəsmi məlumatları təhrif olunmuş başlıq və mətnlərlə verməklə cəmiyyətdə çaşqınlıq və yanlış fikrin formalaşmasına yol açır".

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı müraciətdə qeyd olunur.

"Operativ Qərargahın xüsusi karantin rejimi ilə əlaqədar 17 iyul tarixli məlumatı ilə əlaqədar aşağıdakıları bir daha diqqətinizə çatdırırq:

- 16 rayon və şəhərdə tətbiq olunan sərtləşdirilmiş karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək uzadılmışdır və qarşıdakı müddətdə 14 rayonda qüvvədə olacaqdır.

- Eyni zamanda həmin 14 rayon və şəhərin ərazisindəki məhdudiyyətlərə bəzi yumşalmalar tətbiq olunacaqdır:

Belə ki, 20 iyul tarixdən etibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.

Yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.

Bir daha bütün kütləvi informasiya vasitələrini və sosial şəbəkə istifadəçilərini yayımlanan rəsmi məlumatları dəqiqliklə təhlil etməyə və ictimaiyyətin diqqətinə təhrif olunmadan çatdırmağa çağırırıq", - deyə müraciətdə bildirilib.скачать dle 11.3
Mojo.az Banner