Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

FHN əməkdaşlarının səlahiyyətləri artırılır

23.06.2020 22:14 1 071
FHN əməkdaşlarının səlahiyyətləri artırılır
Nazirlər Kabineti “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nın təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

Dəyişikliyə əsasən, “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası"nın müddəaları Fövqəladə Hallar Nazirliyinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə (bundan sonra - şəxslər) şamil edilir.

Qüvvədə olan qərara əsasən, bu, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə (bundan sonra - şəxslər) şamil edilirdi.

Eyni zamanda, əlavə güzəştlər və kompensasiyalar şamil olunan Fövqəladə Hallar Nazirliyi fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarının, hərbi qulluqçularının, eləcə də digər şəxslərin adbaad qeydiyyatı və onların fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirakı müddətinin müəyyən edilməsi qeyd edilən şəxslərin işlədikləri (xidmət keçdikləri) müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin və fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş Silahlı Qüvvələrin növlərinin komandanlarının (onlara bərabər və ya onlardan yuxarı səlahiyyəti olan rəislərin) əmrləri əsasında həyata keçiriləcək.

İndiyə qədər bu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidmətinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə aid idi.скачать dle 11.3
Mojo.az Banner