Mojo.az Banner
12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yod kletkası çəkmənin orqanizmə faydası varmı?

13.06.2020 20:56 1 600
Yod kletkası çəkmənin orqanizmə faydası varmı?
İnsan orqanizmində bir çox xəstəliklər zamanı biz xəstə nahiyəmizə yod kletkası çəkirik. İndi hər bir evin dərman qutusunda yod məhlulu var və demək olar ki, hamı yod kletkasından lazım olan vaxt istifadə edir.

Yod kletkası xəstəliklərin müalicəsində effektli sayılmır, amma ondan xalq arasında geniş istifadə edilir. Belə ki, yod kletkası müəyyən yüngül patoloji əlamətləri aradan qaldırmaqla xəstənin vəziyyətini yüngülləşdirir.

Yod kletkasından soyuqdəmə və osteoxondroz ağrıları zamanı daha çox istifadə edilir və faydalı olur. Bəs bunun səbəbi nədir?

Dəriyə yod çəkildiyi zaman dərialtı kapillyarlarda genişlənmələr baş verir ki, bu da həmin nahiyəyə qanın axınını sürətləndirir və ağrı hissi azalır. Dəridə kiçik iltihabi nahiyələrə yod sürtülən zaman iltihaba uğramış toxumalara da qanın axını sürətlənir və iltihab əlamətləri aradan qalxır. Amma yadda saxlamaq lazımdlr ki, yüksək temperatura olduqda dəriyə yod kletkası çəkmək olmaz.

Mütəxəssislər ehtiyacı olan adamın dərisinə birbaşa yod sürtməyi məsləhət bilmir. Çünki yoda qarşı allergiyası olan adamların dərisində müxtəlif patoloji əlamətlər meydana çıxa bilər. Bunun baş verməməsi üçün əvvəlcə dərinin kiçik bir hissəsinə yod sürtüb 10-15 dəqiqə gözləmək lazımdır. Əgər dəridə qızartı izi yoxdursa, o zaman ehtiyacı olan adamın dərisinə yod sürtmək olar.

Yod kletkasından ən çox aşağıdakı xəstəliklərdə istifadə edilir:

* radikulit
* osteoxondroz
* varikoz genəlmə
* tromboflebit
* astma, angina, bronxit
* mialgiya, nevralgiya
* gərilmələr, travmalar, qanaxmalar
* frunkul, karbonkul və abseslər
* mastit
* qalxanabənzər vəzi xəstəlikləri.
Yod kletkası çəkmək üçün 5%-li yod məhlulundan istifadə edilir. Bu zaman məhlul pambıq tampona batırılır və 1x1 sm ölçüdə kvadratlar şəklində ağrıyan nahiyəyə çəkilir.скачать dle 11.3
Mojo.az Banner