Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb | 16:10 İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı | 14:57 Litvanın XİN rəhbəri “Sabah” – “Barselona” oyununu izləyəcək | 14:47 Hacıqabulda qətl: Kürəkən saxlanıldı - Təfərrüat bilindi | 14:31 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq | 14:21 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman | 13:56 Bu gün metro və avtobuslarda gedişhaqqı 1 qəpik olacaq | 13:48 Bağça müəllimlərinin işə qəbulu başlayır | 13:39 Bir pişiyin doqquz canı var, sahibinin isə bir maaşı — KÖŞƏ | 13:36 Bakıda iki azyaşlı bacı vəfat edib | 13:33 Zirzəmi, anbar, saxlanc yeri: Söküntü zamanı bunların da pulu ödənilməlidir? | 12:52 İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda karantin rejimi qaydalarını pozan kafelər aşkarlandı

11.06.2020 16:37 1 748
Bakıda karantin rejimi qaydalarını pozan kafelər aşkarlandı
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar fəaliyyət göstərən, sosial məsafə və mövcud preventiv tədbirlərin şərtlərini pozan kafelər aşkarlanıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB), Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayrı-ayrılıqda Yuxarı Sulutəpə qəsəbəsində yerləşən “Faxralı”, Biləcəri qəsəbəsinin Natəvan küçəsində fəaliyyət göstərən “Şuşa” kafelərinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə yeddi nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, “Şuşa” kafesinin icarədarı 1 500 manat, digərləri 100 manat cərimə olunublar.

Son xəbərlər