Mojo.az Banner
19:42 Qaxda əməliyyat - İki nəfər həbs edildi  |     19:37 Zorakılıqdan zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib  |     19:30 Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO  |     19:24 Cinayətdə şübhəli bilinən 41 nəfər tutuldu  |     19:15 Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO  |     19:10 Balina okeanda yaxtanı batırdı  |     19:03 Daha bir ölkə ölüm hökmünü bərpa edir - 33 il sonra  |     18:57 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib  |     18:54 “Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü  |     18:28 İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE  |     18:20 Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - Foto  |     17:59 Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxıldılar  |     17:57 Pensiya vədi ilə 13 min manatlıq dələduzluq  |     17:04 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb  |     17:01 Azərbaycanda dörd qanun ləğv ediləcək  |     16:56 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi  |     16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Elnur Allahverdiyev: “Güzəşt almaq istəyən sahibkar fəaliyyətində şəffaf olmalıdır”

22.05.2020 23:57 2 068
Elnur Allahverdiyev: “Güzəşt almaq istəyən sahibkar fəaliyyətində şəffaf olmalıdır”
“Qlobal pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməməsi səbəbilə hökumətin həyata keçirdiyi tədbirlərin bir qismi də özəl sektor təmsilçilərinə münasibətdə tətbiq ediləcək güzəştlərdir. Bu güzəştlər sahibkarlıq subyektlərinə postpandemiya dövründəki fəaliyyətlərində ciddi dəstək ola bilər”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Millət vəkili bildirib ki, güzəştlər dövlətin özəl biznesə dəstəyinin növbəti mərhələsidir. Əgər sərt karantin rejimində hökumətin sektor təmsilçilərinə ayırdığı maddi dəstək onlara çətin dövrdə, fəaliyyətsizlik şəraitində edilən yardım idisə, güzəştlər sahibkarlıq subyektləri üçün pandemiyadan sonrakı mərhələdə hava-su kimi lazımdır:

“Bu güzəştlər imkan verəcək ki, iqtisadi münasibətlərin bərpa olunduğu postpandemiya mərhələsində milli biznes özünün əvvəlki inkişaf səviyyəsinə daha rahat və daha tez qayıda bilib, itkilərini bərpa etsin. Özəl sektor nə qədər tez özünə gələrsə, dövlət bundan o qədər də tez xeyir götürə bilər. Vergilər ödənər, vətəndaşların məşğulluq məsələsi öz həllini tapar, nəticə etibarilə, dövlət büdcəsinin yükü azalmış olar”.

E.Allahverdiyev qeyd edib ki, mümkün güzəştlərin tətbiqində əsas şərt və tələb sahibkarın faəliyyətini şəffaf qurmasıdır. Əks halda dövlət ona münasibətdə güzəşt tətbiq edə bilməyəcək.

“Bizim əyani nümunəmiz var. Pandemiya ilə bağlı kimlərə maddi yardım olundu? O subyektərə ki, vergidən qaçmayıblar, fəaliyyətlərini leqallaşdırıblar, işçiləri ilə əmək müqaviləsi bağlayıblar, sosial ödənişləri ödəyiblər. Güzəştlər də bu qaydada, qanuni müstəvidə tətbiq ollunmalıdır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

E. Allahverdiyev hesab edir ki, vergilərdə nəzərdə tutulmuş güzəştlər özünü sosial sferada da göstərməlidir:

“Milli Məclisdə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər müzakirə olunur. Mən təklif edirəm ki, əgər sahibkar indiyə qədər əmək haqqı fondunu 100% qoruyub saxlayırsa və həmin əmək haqqı fondunda artım edirsə, işçi sayını saxlamaqla və ya işçi sayını artırmaq şərti ilə, həmin artım üçün bir il ərzində işçi maaşına görə özəl sektordan heç bir sosial sığorta haqqı tutulmasın. Məsələn, hər hansı bir şirkət əmək haqqı fondunu şərti olaraq 100 min manatdan 150 min manata qaldırırsa, artırılan 50 min manatdan məcburi dövlət sosial sığorta haqları hesablanmır”.

Millət vəkilinin fikrincə, bu halda həm dövlət xeyir görür, həm özəl sektor.

“İndi sahibkar qazanacaq, qarşıdakı illərdə isə dövlət. Birincisi, dövlət büdcəsinə gələcək illərdə əlavə vəsaitin daxil olmasına şərait yaradılmış olacaq. İkincisi isə bu addım özəl sektor təmsilçiləri üçün işçilərini rəsmi qeydiyyata almaq istiqamətində stimul rolunda çıxış edəcək. Cənab Prezident İlham Əliyev demək olar bütün çıxışlarında şəffaflıq amilini qabardır. Şəffaf fəaliyyət dövlətlə yanaşı, sahibkara da mühüm üstünlüklər verir. Məsələn, belə çətin məqamlarda dövlətin güzəştlərindən yararlana bilir. Güzəşt almaq istəyən sahibkar faəliyyətində şəffaf olmalıdır. Eyni zamanda, qanuni müstəvidə fəaliyyət hər zaman üçün mühüm üstünlükdür. Fikrimcə, bu güzəşt özəl sektorun qanuni əsaslarla işləməyən təmsilçilərinin şəffaf fəaliyyətə daha tez keçmələri üçün mühüm təkan ola bilər”, - deyə millət vəkili vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner