Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

ƏDV-nin 50%-i kimlərə qaytarılacaq? - Mədəniyyət sektorunda yeni güzəştlər

20.11.2024 17:21 2 085
ƏDV-nin 50%-i kimlərə qaytarılacaq? - Mədəniyyət sektorunda yeni güzəştlər
Mədəniyyət sektorunda vergi güzəştlərin dairəsi genişlənir.

Bu sahədə çalışan sahibkar subyektləri üçün növbəti 5 il müddətinə torpaq vergisi tam, mənfəət vergisi isə 90% güzəştlə tətbiq olunacaq. Yəni sahibkarlar torpaq vergisindən tam azad olunur, mənfəətin, ya gəlirin isə yalnız 90%-i azad olunur.

Eyni zamanda vergi güzəştlərindən istifadə edən subyektlərin sayı artırılır. Əvvəllər bu siyahıda yalnız film çəkilişi ilə məşğul olanlar idisə, artıq yeni qaydalara əsasən, teatr, muzey, simfonik orkestr və film prodüserləri də bu güzəştdən istifadə edə biləcəklər.

Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti ilə bağlı nağdsız ödənilən ƏDV-nin 50%-i geri qaytarılacaq. Bu o deməkdir ki, bu sahədə olan ödənişlər üçün əlavə dəyər vergisinin yarısı keşbek olaraq hesaba qaytarılacaq.

Deputat Vüqar Bayramov Oxu.Az-a bildirib ki, bu layihə artıq İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində birinci oxunuşda qəbul olunub və plenar iclasa tövsiyə edilib.

O həmçinin qeyd edib ki, bu güzəştlər mədəniyyət sektorunu dəstəkləmək üçündür.
//oxu.az

Son xəbərlər