23:01 Marketdə istehlaka yararsız məhsullar aşkarlanıb  |     22:54 "Roşka" ləqəbli tiktokerin məhkəməsi: Sərbəst ifadələr yekunlaşdı  |     22:48 Yeraltı keçidlər sökülə bilər? - EKSPERT AÇIQLADI  |     22:42 Ağdamda dəfn edilmiş şəxsin məzar daşı Xocavənddə aşkarlanıb  |     22:35 Vensan Abubakar rəsmən "Neftçi"də  |     22:30 Dövlət qurumlarında iş vədi ilə pul alan "polkovnik"ə hökm oxundu  |     22:22 F-16 və F-22: Niyə daha sürətli təyyarə həmişə daha yaxşı deyil?  |     22:15 Beynəlxalq axtarışda olan şəxs ekstradisiya edildi  |     22:09 Həccə getmək istəyənlərin nəzərinə! - Qiymət AÇIQLANDI  |     22:01 Kobaxidze: İrəvanla Bakı arasında sülhün bərqərar olması regional əməkdaşlığa yeni təkan verəcək  |     21:52 "Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir"  |     21:29 Güləşçimiz dünya çempionu oldu  |     21:00 Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytından SİLİNDİ  |     20:52 Bakıda məktəbdə yanğın olub  |     20:46 Mingəçevirdə iki piyadanı maşın vurub, onlardan biri ölüb  |     20:37 Şirvan kanalında batan şəxsin meyiti tapılıb  |     20:24 19 yaşlı Ləmanın atası hər şeyi danışdı - ölümünə səbəb gəlinlik imiş... - FOTO  |     20:15 ABŞ hərəkətə keçdi - Rusiyaya qarşı sanksiyalar siyahısı genişlənir (ŞƏRH)  |     20:04 Şəkidə yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB-1  |     19:59 Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs Almaniyadan ekstradisiya ediləcək  |    

“Milli səhiyyəyə inamın qaytarılması üçün mühüm işlər görülüb” - Nazirliyin aparat rəhbəri

“Həkimlərimizin xaricə getməsi əhalidə ölkədəki səhiyyə sisteminə ümumi inamsızlıq yaradıb”.

Median.Az
xəbər verir ki, bunu Səhiyyə Nazirliyi aparatının rəhbəri Nadir Zeynalov “İctimai TV” telekanalında yayımlanan “Diqqət mərkəzində” verilişində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində yaranmış iqtisadi böhran ölkənin digər sahələri ilə yanaşı səhiyyə sisteminə də təsirsiz keçməyib: “Təmirsiz xəstəxana və poliklinikalar, antisanitariya şəraiti, ciddi dərman qıtlığı, yaxşı həkimlərin xaricə üz tutub getməsi əhalidə səhiyyə sisteminə ümumi inamsızlıq yaratdı. Əhali müayinə və müalicə üçün daha çox Rusiya, Türkiyə, İran və Almaniyaya üz tutdu. İllər keçdikcə bu, gəlirli biznesə çevrildi və tibbi turizmin reklamı oldu”.

N.Zeynalov onu da qeyd edib ki, bu gün Azərbaycan səhiyyə sistemi çox fərqli mərhələdədir: “Dövlətimiz səhiyyə sisteminin bərpası və inkişafı üçün mühüm işlər gördü. Son illər ərzində 750-dən çox tibb müəssisəsi əsaslı təmir olunub və ya yenidən tikilib. Mərkəzlər müasir avadanlıq və dərmanla təchiz olunub. Kadr hazırlanması sahəsində vacib islahatlar aparılıb. Ümumiyyətlə, milli səhiyyəyə inamın qaytarılması üçün mühüm işlər görülüb və istiqamətdə tədbirlər davam etdirilir”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 155 15.05.20 23:54