Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:48 Azərbaycan nefti ucuzlaşıb | 12:40 Huanqın "Nvidia"ya qayıdışı onun sərvətini 34 milyard dollar artırdı | 12:27 Ceki Çan qayıdır: "Pik saatı 4" filmi uzun danışıqlardan sonra təsdiqləndi | 12:23 HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI | 12:21 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? | 12:13 Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA | 12:08 İlham Əliyev Monteneqronun baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib | 12:04 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında | 12:02 Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" | 11:58 Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb | 11:57 Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib | 11:56 Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı | 11:36 Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı | 11:28 Bakıda "Prius" 27 yaşlı kişini vurub öldürdü | 11:18 DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb | 22:59 Binəqədidə ikimərtəbəli ev yanıb | 22:50 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdi - FOTO | 22:43 Şəmkirdə parçalanmış kişi meyiti tapıldı | 22:35 Bu ərazilərdə su olmayacaq | 22:27 Qışda D vitamini çatışmazlığının qarşısını alan 3 əsas qida |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda telefon terrorçusu axtarılır

06.05.2020 15:59 3 447
Bakıda telefon terrorçusu axtarılır
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları telefon terroru faktını araşdırırlar.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Mayın 5-i saat 02:33 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə zəng edən və özünü Samir Ağayev kimi tanıdan naməlum şəxs Müşfiqabad qəsəbəsində yerləşən bütün fabriklərdə terror aktları planlaşdırıldığını bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin özünü başqa adla təqdim etdiyini bildiriblər. Ancaq həyəcan zənginin edildiyi telefon nömrəsi müəyyən edilib.

Hazırda əməliyyatçılar telefon terrorçusunun müəyyənləşdirilməsi və tutulması üçün tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, Müşfiqabad qəsəbəsində bir sıra fabriklər fəaliyyət göstərir.

Son xəbərlər