Mojo.az Banner
20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kişi mağazanı partlatmaqla hədələdi

22.12.2020 15:32 1 962
Bakıda kişi mağazanı partlatmaqla hədələdi
Nəsimi rayonu 22-ci Polis Bölməsində “telefon terrorizmi” faktını araşdırarkən bir gəncin izinə düşüblər.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, dekabrın 20-də 28 May metrosu yaxınlığında yerləşən mağazanın 26 yaşlı kassiri (adı müəyyən səbəblərə görə açıqlanmır) bölməyə müraciət edərək naməlum bir kişinin mobil telefonla zəng edərək həmin ticarət obyektini partlatmaqla hədələdiyini deyib.

İstintaq zamanı əməliyyatçılar şübhəlinin izinə düşüblər.

Məlum olub ki, həmin şəxs şikayətçinin sinif yoldaşı imiş. Onun Xocalı prospektindəki taksofondan zəng etdiyi müəyyən olunub.

Gənc oğlan hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, dostu ilə sadəcə zarafat etmək istəyib və hərəkətlərində pis niyyət olmayıb.

Faktla bağlı araşdırma davam edir.

“Telefon terrorçusu” hələ həbs olunmayıb.скачать dle 11.3
Mojo.az Banner