Mojo.az Banner
11:46 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası - Video  |     11:41 Əfv edilənlərin arasında Martin Ryan da var  |     11:39 Qızılın qiyməti düşür – Azərbaycanda nə qədər ucuzlaşa bilər?  |     11:36 Sürücülərin NƏZƏRİNƏ: Tıxaca düşməmək üçün bu yolları seçin  |     11:34 İnternetin qiyməti yenidən bahaldı, keyfiyyət isə dəyişmədi – AÇIQLAMA  |     23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Qazaxıstana nota verdi

02.05.2020 17:56 1 453
Azərbaycan Qazaxıstana nota verdi
Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.

Bu barədə XİN-dən məlumat verilib.

Görüş zamanı nazir müavini 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim edib.

Görüş zamanı X. Xələfov odlu silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq ruhuna uyğun olmadığını qeyd edib.

Eyni zamanda, nazir müavini iki müttəfiq və strateji tərəfdaş dövlət arasında münasibətlərin prinsiplərinə uyğun olaraq Qazaxıstan tərəfindən bu insidentin və Azərbaycan vətəndaşlarının ölümü və yaralanmaları hallarının hərtərəfli və obyektiv araşdırılması və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasını xahiş edib. Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib.

Səfir S. Abdıkarimov öz növbəsində baş vermiş insidentin insan tələfatı ilə nəticələnməsindən dərin təəssüfünü ifadə edərək, vəfat etmiş şəxsin yaxınlarına baş sağlığı verdi və yaralıların tezliklə sağalacağına ümid etdiyini bildirib. O, təqdim olunan notanı və Azərbaycan tərəfinin ciddi narahatlığını ölkəsinə çatdıracağını və bir daha bu qəbildən olan halların baş verəcəyi təqdirdə iki ölkə arasında mövcud sərhəd əməkdaşlığı mexanizminə uyğun həll ediləcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra səfir hadisə nəticəsində həyatını itirmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin Azərbaycan tərəfinə qaytarılması üçün səfirlik tərəfindən zəruri köməkliyin göstəriləcəyini ifadə edib.скачать dle 11.3
Mojo.az Banner