Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib | 20:58 Keti Perrinin keçmiş əri həbs edildi | 20:47 "Omid" əməkdaşının döyülmə anları - VİDEO | 20:33 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir (VİDEO) | 20:27 Əlövsət Polad vəfat etdi | 20:18 Ət niyə bahalaşır? (Açıqlama) | 20:11 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar | 20:08 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı | 20:00 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur | 19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ | 19:43 Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var | 19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü | 19:02 21 istiqamətdə tıxac var - SİYAHI | 18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu | 18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq |
Mojo.az Avto
Mojo.az Avto

Gömrükdə qanun pozuntuları aşkarlanıb – ÖZƏL

25.04.2020 14:26 2 137
Gömrükdə qanun pozuntuları aşkarlanıb – ÖZƏL
Gömrükdə malların müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi üçün müvafiq tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarının fəaliyyəti təşkil edilməyib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, auditlə əhatə olunan dövrdə müvəqqəti saxlanc prosedurunun tətbiq edildiyi malların idxalatçıların özünə məxsus sahələrə yerləşdirilməsinə yol verilib.

“Amma sonrakı nəzarət qaydasında gömrük auditi tədbirləri həyata keçirilməyib”, - deyə hesabatda yazılıb.

Bununla yanaşı, gömrük orqanlarının büdcədənkənar əməliyyatlardan gəlirlərinə aid edilən gömrük yığımlarında qanunvericiliklə müəyyən edilmədiyi halda, əlavə dəyər vergisi tətbiq olunması aşkarlanıb.

Həmçinin, gömrük bəyannamələrinin gecikdirilməsinə görə, gömrük borcunun hesablanmaması üzə çıxıb.

Bu iki halın nəticəsində dəbbə pullarının tutulmaması, aksiz markalarının elektron uçot bazasının yaradılmaması, bəzi hallarda müvəqqəti saxlanc və idxal gömrük prosedurlarının müddət məhdudiyyətlərinə riayət olunmaması halları aşkarlanıb.

Qeyd edək ki, Hesablama Palatasının hesabatının Milli Məclisin mayın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.

Son xəbərlər