Mojo.az Banner
15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Gömrük Komitəsi açıqlama yayıb

14.05.2019 19:53 1 688
Dövlət Gömrük Komitəsi açıqlama yayıb
Bəzi kütləvi informasiya vasitələrində gömrük orqanlarının fəaliyyətinə kölgə düşürən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsindən Baku.ws-ə verilən məlumata görə Həmin məlumatlarda "Forever Living Products Azərbaycan" MMC-nin ölkə ərazisinə idxal etdiyi malların invoys qiymətlərinin gömrük orqanları tərəfindən süni şəkildə artırıldığı, qida əlavələri mal mövqeyi üzrə idxal edilən malların dərman vasitəsi kimi rəsmiləşdirilməsinin tələb olunduğu iddia edilir.

Həmin malların rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin aşağı göstərilməsinə dair əsaslı şübhələr yarandığından nümunələr əsasında ekspertizalar təyin edilib və digər araşdırmalar aparılıb. Nəticələr gömrükçülərin şübhələrini təsdiqləyib və malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib. Qida əlavəsi kimi idxal edilən malların gömrük orqanları tərəfindən dərman vasitəsi olaraq bəyan edilməsinə dair tələbi isə, ümumiyyətlə, həqiqətə uyğun deyil. Həmin mallar gömrük orqanının ekspertizanın nəticələrinə görə müəyyən etdiyi dəyərlə qarşı tərəfin razılığı əsasında qida əlavəsi kimi bəyan olunaraq rəsmiləşdirilib.

Araşdırma prosesi başa çatana qədər idxalatçının əlavə ödəmələrə məruz qalmamasını təmin etmək məqsədilə mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında birbaşa "Forever Living Products Azərbaycan" şirkətinin anbarına boşaldılaraq saxlanılıb. Bu qəbildən olan və gömrük orqanlarının fəaliyyətinə kölgə salan məlumatları, yazı və reportajları qarşı tərəfin mövqeyini öyrənməyə ehtiyac görmədən yayımlayanların isə diqqətinə çatdırırıq ki, həmin məlumatların sonuna əlavə edilən "qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq" kimi bir cümləlik ifadələr "obyektivliyin" təmin olunması və ya balanslaşdırılmış xəbər siyasəti deyil, ən azı jurnalistikanın etik qaydalarının pozulmasıdır”, - deyə açıqlamada qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner