Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:58 24 ilin sirri açıldı: Neft Akademiyasındakı qətldə keçmiş tələbə şübhəli bilinir | 13:25 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU | 13:22 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu | 13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar |
Mojo.az Avto
Mojo.az Avto

Gəmi ilə gətirilən mallar saxlanıldı - Fotolar

04.02.2019 18:03 1 915
Gəmi ilə gətirilən mallar saxlanıldı - Fotolar
Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycanın gömrük sərhədindən keçirilən malların düzgün bəyan edilmədiyini aşkarlayıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən daxil olan məlumata görə, idarənin "Hövsan Dəniz” gömrük postuna İran İslam Respublikasından göndərilən döşəmə üçün plitələr və kafel yüklü "Adrina” gəmisi daxil olub.

İrandan idxal olunan döşəmə üçün plitə və kafel malların saxlanc gömrük proseduru altında rəsmiləşdirilməsi məqsədi ilə gömrük bəyannaməsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunub və mallarının mövcudluğu bildirilib.

Yuxarıda qeyd olunan malların çəkisi və ümumi miqdarı mal-müşayiət sənədlərində öz əksini tapıb. Gömrük bəyannaməsi baş idarədə qəbul edildikdən sonra idxal olunan mallar "Hövsan Dəniz” gömrük postunun ərazisinə boşaldılıb və bəyan olunan 1590170 kq. çəkidə olan 58688.25 m2 (842 yer) döşəmə üçün plitə və kafel malları yoxlanılıb. Nəticədə "Adrina” gəmisi vasitəsilə idxal olunan və 58688.25 m2 kimi bəyan olunan malların sənədlərdə göstərilən miqdardan 17721.99 m2 artıq, toplam 76410.24 m2 olduğu məlum olub.

Bu səbəbdən də yuxarıda ad və sayları qeyd edilən mallar Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Hövsan Dəniz” gömrük postunun ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.






Son xəbərlər