Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Qəhvənin dadbilməyə təsiri məlum oldu

23.04.2020 12:41 1 526
Qəhvənin dadbilməyə təsiri məlum oldu
Danimarkalı alimlər araşdırma apararaq, qəhvə içən adamın şirin dadı daha çox, acını daha az hiss etdiyini açıqlayıblar.

Araşdırmanın nəticələri “Foods” jurnalında dərc olunub.

Tədqiqat zamanı 156 nəfər könüllünün qəhvə içməzdən əvvəl və sonra qoxu və dad hissləri sınaqdan keçirilib.

Bu içkinin qoxuya təsir etmədiyi məlum olsa da, dad hissi dəyişib.

“Qəhvə içəndən sonra insanlar şirniyyata qarşı daha çox, acıya daha az həssas olurlar”, - tədqiqatı aparan Aleksander Vik Feldstad deyib.

Bu baxımdan, kofeinin təsirini yoxlamaq üçün təcrübəni tərkibində bu maddənin olmadığı qəhvə ilə təkrarlayıblar və nəticələr eyni olub.

“Yəqin ki, qəhvədəki bəzi acı maddələr belə effekt yaradır. Bu, insanların niyə qəhvə ilə tünd şokolad yeməyi sevdiyinə aydınlıq gətirir”, - deyə alim izahat verib.

Müəlliflər bildirir ki, qəhvənin bütün könüllülərin dad hissinə təsiri qısamüddətli və yalnız içkini qəbul etdikləri zaman müşahidə olunub.

Son xəbərlər