Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 10 milyon manatlıq narkotik ələ keçirildi - FOTO

17.04.2020 15:24 2 322
Azərbaycanda 10 milyon manatlıq narkotik ələ keçirildi - FOTO
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş İdarə əməkdaşları əldə etdikləri məlumat əsasında İmişli rayonu Bəhramtəpə-Biləsuvar magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Etibar İsmayılov və İran vətəndaşı Əli Şəhriyari saxlanılıblar.

Baxış zamanı onların üzərlərində olan bağlamalardan 94 kiloqram 673 qram narkotik vasitə heroin, 646,401 qram tiryək. 950 qram həşiş qətranı, 10 kiloqram 100 qram qurudulmuş marixuana, 7 kiloqram 153 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Tədbir zamanı İran vətəndaşından, həmçinin, bir ədəd üzərində “Sur-2608” sözləri yazılmış tapança, həmin silaha aid sandıqça, 10 ədəd patron, eləcə də 1 ədəd uzaqgörmə cihazı aşkar olunaraq götürülüb.

Əməliyyat zamanı ümumilikdə 113 kiloqram 523 qram çəkidə narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Qeyd edək ki, aşkar edilən həmin narkotik vasitə və psixotrop maddələrin qara bazarda qiyməti təxminən 10 milyon manatdır.

Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə külli miqdarda narkotik vasitəni Araz çayı üzərindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçiriblər. Əli Şəhriyarı və Etibar İsmayılov İran vətəndaşının İmişli rayonunda qeyd etdiyi yerdə narkotik vasitələri gizlədəndən sonra isə geri qayıtmalı imişlər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əli Şəhriyarı və Etibar İsmayılov tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.













Son xəbərlər