Mojo.az Banner
14:28 Sudan qanunsuz istifadəyə görə hansı hallarda cinayət işi açılır? - Sədr müavini AÇIQLADI  |     14:20 Sədr müavini Bakıdakı subasmaların səbəbini AÇIQLADI  |     14:12 Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı  |     14:05 Masazırda AĞIR QƏZA: tam əzilmiş maşından sağ çıxarıldı - VİDEO  |     13:57 Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU  |     13:50 Çində mədəndə güclü PARTLAYIŞ: 90 nəfər öldü - YENİLƏNİB  |     13:36 Bakıda 64 yaşayış yerində kanalizasiya qurulacaq, içməli suyun həcmi artırılacaq - ADSEA sədrinin müavini  |     13:30 Əksər rayonlara güclü yağış yağıb  |     13:22 Uşaqlar niyə tərəvəz yemək istəmir? - Həkimlərin İZAHI  |     13:16 Harri Kasparov beynəlxalq axtarışa verildi  |     13:09 Naxçıvanda "Hyundai" aşdı, 6 nəfər yaralandı  |     23:01 Wi-Fi problemi yaşayanlar üçün: evdə interneti gücləndirməyin yolları  |     22:56 Moskva İrəvanı hədələdi  |     22:49 Hikmət Hacıyev WUF13-ün yekunu ilə bağlı paylaşım edib  |     22:41 İstehsalat qəzaları ilə bağlı YENİ QƏRAR: Qiymətləndirmə qaydaları dəyişdi  |     22:36 Tanınmış rəssam dünyasını dəyişdi  |     22:27 412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı  |     22:22 Kürün Xəzərə töküldüyü hissəsi balıqçılıq torlarından təmizləndi  |     22:15 Süni intellekt elmi fantastikaya yaxınlaşır: "Claude"un yaradıcısı "əyləci basmağa" çağırdı  |     22:09 Yundan istifadə sümükləri bərpa edirmiş  |    
Left Banner
Right Banner

Azərbaycanda 1,2 milyon dollarlıq narkotik əməliyyatı - FOTO

18.03.2020 13:43 1 888
Azərbaycanda 1,2 milyon dollarlıq narkotik əməliyyatı - FOTO
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Baş İdarəyə İrandan Azərbaycana narkotik vasitələrin keçirildiyi və narkotiklərin Arzuman adlı şəxs tərəfindən götürülərək realizə olunması məqsədi ilə respublikanın müxtəlif bölgələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində zəruri əməliyyat tədbirləri həyata keçirilib.

Peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs - Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arzuman Qocayev Bərdə-Ağcabədi yolunda hərəkətdə olan zaman polislər tərəfindən idarə etdiyi “BMW” markalı avtomobillə saxlanılıb. Nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı ümumi çəkisi 43 kiloqram 195,396 qram heroin, 500 qram tiryək, 1 kiloqram 600 qram marixuana və 2 kiloqram 001,386 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, həmin narkotik vasitə və psixotrop maddələrin “qara bazar”da qiyməti 1 milyon 200 min ABŞ dollarıdır.

Araşdırma zamanı müəyyən edilib ki, Arzuman Qocayev İran vətəndaşları - şəxsiyyətləri istintaqa məlum olmayan “Əsgər” və “Hüseyn” adlı şəxslərlə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələrin Azərbaycana gətirilməsini təmin edib. Həmin şəxslərlə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan Arzuman Qocayev narkotik vasitələri əldə edəndən sonra İran vətəndaşlarının qeyd etdiyi yerlərə aparmalı imiş.

Qeyd edək ki, Arzuman Qocayev bir neçə dəfə həmin şəxslərin vasitəsi ilə bu yolla narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib. O, şübhə oyatmamaq üçün hər dəfə narkotik vasitələri kirayə götürdüyü müxtəlif markalı avtomobillərlə razılaşdırılan ərazilərdən götürüb. Sonuncu dəfə isə Arzuman Qocayev şəxsi avtomobili ilə külli miqdarda narkotik vasitələri əldə edən zaman saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Arzuman Qocayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.








скачать dle 11.3
Mojo.az Banner