Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 1,2 milyon dollarlıq narkotik əməliyyatının təfərrüatı: “Tanınmamaq üçün...” - VİDEO

18.03.2020 15:57 2 794
Azərbaycanda 1,2 milyon dollarlıq narkotik əməliyyatının təfərrüatı: “Tanınmamaq üçün...” - VİDEO
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Baş İdarəyə İrandan Azərbaycana narkotik vasitələrin keçirildiyi və narkotiklərin Arzuman adlı şəxs tərəfindən götürülərək realizə olunması məqsədilə respublikanın müxtəlif bölgələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində zəruri tədbirlər həyata keçirilib.

DİN-in əməkdaşı Ağgül Həmdizadə bildirib ki, həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs - Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arzuman Qocayev “BMW” markalı avtomobillə Bərdə-Ağcabədi yolunda hərəkətdə olan zaman asayiş keşikçiləri tərəfindən saxlanılıb:

“Nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı ümumi çəkisi 43 kiloqram 195,396 qram heroin, 500 qram tiryək, 1 kiloqram 600 qram marixuana və 2 kiloqram 1,386 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Qeyd edək ki, həmin narkotik vasitə və psixotrop maddələrin “qara bazar”da qiyməti 1 milyon 200 min ABŞ dollarıdır”.

Saxlanılan şəxs Arzuman Qocayev isə bildirib ki, narkotik vasitələri Bəhramtəpə ərazisindən götürüb:

“Bərdə ərazisində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları məni saxladılar və 47 kiloqram heroin aşkarladılar”.

O qeyd edib ki, “WhatsApp” sosial şəbəkəsi vasitəsilə İran vətəndaşları - “Əsgər” və “Hüseyn” adlı şəxslərlə əlaqə saxlayıb:

“Onlar mənə telefonla narkotik vasitələri hara qoymağımı deyirdilər. Mən də narkotikləri müəyyən yerlərə aparırdım. Hər dəfə narkotik vasitələri aparanda 3000-4000 manat qazancım olurdu. Tanınmamaqdan ötəri müxtəlif markalı maşınları kirayə götürürdüm. Axırıncı dəfə isə öz maşınımla narkotik apardım”.



скачать dle 11.3
Mojo.az Banner