Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI

16.04.2020 15:02 2 049
Azərbaycanda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI
2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-mart aylarına nisbətən 103,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,4 faiz təşkil edib.

Median.Az
modern.az-a istinadən xəbər verir ki, cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,3 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 106,0 faiz təşkil edib.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunmamış üzlü südün, kəsmiyin, günəbaxan yağının, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, çayın, arağın, pivənin və tütün məmulatlarının, ucuzlaşma isə əsasən unun, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, bananın, şəkər və şəkər tozunun qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyıb. 2020-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 101,2 faiz təşkil edib.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma nitro boyaların, divar kağızlarının, polietilen su borularının, kəsilmiş taxtaların, kərpicin, oturacaq və yumşaq mebel dəstlərinin, xalçaların, şirəsıxanların, elektrik çaydanlarının, boşqab, fincan və nəlbəkilərin, tibbi spirtin, tibb termometrlərinin, toz şəklində sintetik yuyucu vasitələrin, minik avtomobilləri üçün akkumulyatorların, ucuzlaşma isə əsasən elektrik plitələrin və fərdi kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər