Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq | 18:27 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər (Yenilənib) | 18:22 “Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı” | 18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" | 18:05 Millimiz üçüncü dəfə dünya çempionu oldu | 18:03 Prezident İlham Əliyev: "Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" | 17:46 Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır | 17:45 Ağstafada bir ailənin üç üzvü zəhərlənib | 17:23 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər (VİDEO) | 17:14 Beynəlxalq axtarışda olan iki nəfər Gürcüstandan Azərbaycana gətirildi | 17:12 Gənc müəllimləri kəndlərdə saxlamaq üçün yeni addımlar lazımdır – AÇIQLAMA | 17:05 İmtahanlara müdaxilə cinayəti: Prokuror Kamran Əsədova cəza istədi | 17:04 Əli Əsədovdan məhkəmə ekspertləri ilə bağlı qərar | 17:03 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? | 17:00 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - FOTO (Yenilənib) | 16:57 Qonşusunu bıçaqlayan müharibə iştirakçısına verilən cəza məlum oldu | 16:57 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb | 16:56 Gəmi qəzasına görə saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı | 16:53 Kirayə mənzillər ucuzlaşacaqmı? - Bazardakı vəziyyət AÇIQLANDI | 16:49 Bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq |
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə saxta jurnalist vəsiqəsilə karantin rejimini pozdu, ələ keçdi - FOTO

11.04.2020 14:40 2 197
Gəncədə saxta jurnalist vəsiqəsilə karantin rejimini pozdu, ələ keçdi - FOTO
Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq, karantin qaydalarını pozmağa cəhd edən şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, yerli sakin Tural Abbasovun evdən çıxması barədə xüsusi icazəsinin olmasını yoxlayan zaman o, “Gəncənin Səsi” qəzetində işlədiyini bildirib.

Üzərində gəzdirdiyi, həmin qəzetin əməkdaşı olduğuna dair qeydlər olan sənədi polis əməkdaşlarına təqdim etdikdə isə vəsiqənin saxta olduğu müəyyən edilib.

T.Abbasov ərazi üzrə polis idarəsinə gətirilib. İlkin dindirilmə zamanı o, törətdiyi əməli etiraf edib.

Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün saxta sənəd hazırladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər