Mojo.az Banner
14:47 Emin Ağalarov "Sea Breeze"də baş verən hadisə ilə bağlı açıqlama yaydı - FOTO  |     14:45 Sosial şəbəkələrdə reklamverənlərə ŞAD XƏBƏR: "Meta" Azərbaycanda vergi qeydiyyatına alınır  |     14:44 Tərtər sakini yanaraq öldü  |     14:43 Masallıda avtomobildən 9 kiloqram narkotik vasitə aşkarlanıb  |     14:43 Azərbaycanın daha üç boksçusu Avropa çempionatına qələbə ilə start verib  |     14:35 Valideynlər DİQQƏT! Məktəbli forması alarkən bu məqama fikir verin  |     14:31 Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR (Video)  |     14:24 Azərbaycan nefti ucuzlaşıb  |     14:24 Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? - Kardioloqlardan açıqlama  |     13:58 Bu gündən "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılıb  |     13:45 FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb  |     13:39 Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur  |     13:33 Məhsul var, bazar yoxdur: Azərbaycan fermeri niyə satışda çətinlik çəkir?  |     13:28 Kamçatka sahillərində güclü zəlzələ qeydə alınıb  |     13:27 Tanınmış pedaqoq vəfat etdi - FOTO  |     13:08 İmişlidə AĞIR QƏZA: Ölən və yaralanan var  |     22:58 Məhərrəmlik başa çatdı - Toylar başladı  |     22:56 Bu bürclər iş təklifi alacaq  |     22:51 Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA  |     22:42 Nardaranda BƏDBƏXT HADİSƏ: Uşağın ayağı su nasosunda qaldı  |    
Left Banner
Right Banner

Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər - RƏSMİ

25.03.2020 23:30 1 954
Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər - RƏSMİ
"Aprelin əvvəlində əhaliyə ediləcək güzəştlərlə bağlı təkliflər açıqlanacaq".

Median.Az
bildirir ki, bunu qaynarinfo-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Rusiyada koronavirus səbəbiylə karantin müddəti üçün kommunal ödənişlərdən azad olunması ilə bağlı təkliflərdən danışarkən deyib. Onun sözlərinə görə, əhaliyyə güzəştlərlə bağlı məsələ hələ ki işçi qrupunun müzakirəsi mərhələsindədir:

"Biznes dairələrə, hüquqi şəxslərə, muzdlu işçilərə, sosial müdafiəyə ehtiyacı olan əhalinin bu həssas qruplarına hansı güzəştlər olunacaq və dövlətin hansı formada dəstəyi olacaq, hansı mexanizmlər həyata keçiriləcək, bütün bunlar bir neçə işçi qrupunda müzakirə olunur. Aprelin əvvəlində bu təkliflər tam açıqlanacaq. Orada müxtəlif məsələlər var. Məqsəd budur ki, insanların itkiləri, koronavirusun yaratdığı problemlər minimallaşdırılsın. Amma istəlinən halda xalqa dəstək olunacaq. Prezidentin göstərişi belədir, tapşırıq verilib və vəsait ayrılıb. 4 işçi qrupu da hazırda bu məsələlər ətrafında işləyir. Yaxın 4 gün ərzində qrupun hazırladığı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq. Bundan sonra isə qərar qəbul olunacaq".

İbrahim Məmmədov qeyd edib ki, əhalinin müdafiəsi üçün işlər görülür:

"Konkret hansı formada və hansı sahəyə güzəştlər olunacağını bəribaşdan demək çətindir. Deyirsiniz, Rusiyada kommunal ödənişlərin ləgv olunması məsələsi təklif olunub. Ola bilsin, kommunal ödənişlər də olsun. Amma olacaq. Prinsip blədir ki, əhalinin itkiləri minimallaşdırılsın, dövlət əhalinin, biznes strukturlarının və hüquqi şəxslərin itkilərinə şərik olacaq, onu paylaşacaq. Bu, siyasi iradədir".скачать dle 11.3
Mojo.az Banner