Mojo.az Banner
21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |     20:04 "Merry Beauty" və "A1 kitab Evi"ndə oğurluq  |     19:58 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb  |     19:57 ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi  |     19:45 Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:38 Vuçiç sentyabrın sonunda istefa verəcək  |     19:19 Bu 4 bürcün həyatında dəyişikliklər başlayır  |     19:18 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı  |     19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyəli müəllimin Çinə girişinə qadağa qoyuldu

12.03.2020 23:45 1 604
Türkiyəli müəllimin Çinə girişinə qadağa qoyuldu
Türkiyəli müəllimə koronavirus barədə yayımlar etdiyinə görə Çinə giriş qadağası qoyulub.

“Report” CNN "Türk”ə istinadən xəbər verir ki, Burak Teoman Çinin Sian şəhərində ingilis dili müəllimi olub.

O, koronavirusla bağlı videolarına görə Çin polisi tərəfindən təhdidə məruz qaldığından Türkiyəyə qayıdıb. Bundan sonra Çin rəhbərliyi onun ölkəyə girişini yasaqlayıb.

“Koronavirus haqqında xəbərlər yayan 4-5 bloqer itkin düşəndən sonra ölkəni tərk etmək qərarını verdim. Heç bir paylaşım etməməyim üçün məni açıq-aşkar təhdid etdilər”, - deyə o bildirib.

Qeyd edək ki, Çində indiyədək 80 796 nəfər koronavirusa yoluxub. Bunlardan 3 169 nəfər ölüb, 62 826 nəfər isə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 130 238-ə çatıb. Bunların 68 677 nəfəri sağalıb, 4 756 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 11.3
Mojo.az Banner