Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR

11.09.2026 21:28 357
Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR
Bəzi Bakı məktəblərində təhsil göstəricilərini süni şəkildə yüksəltmək üçün zəif nəticə göstərən şagirdlərin IX sinfə keçməsinə imkan verilməyib. Elm və Təhsil Nazirliyi bu cür halların nəticələrin real yaxşılaşması olmadığını bildirir.

Median.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsil işçilərinin sentyabr konfransında deyib.

Nazir bildirib ki, məktəblər orta nəticəni zəif şagirdləri sistemdən kənarlaşdırmaqla deyil, onların bilik səviyyəsini yüksəltməklə yaxşılaşdırmalıdırlar.

Emin Əmrullayev 2014–2015-ci illərdə Bakıda bəzi məktəblərin IX sinif nəticələrində sürətli yüksəliş müşahidə olunduğunu xatırladıb:

“Bəzi direktorlar zəif uşaqları VIII sinifdən sonra məktəbdən çıxarırdılar. Bu, yaxşılaşma deyil, sadəcə texniki addım idi. Biz belə halları görürük və izləyə bilirik”.

Nazirin sözlərinə görə, məktəblər ən yüksək nəticə göstərən şagirdlərlə kifayətlənməməli, əsas diqqəti geridə qalan uşaqlara yönəltməlidirlər.

O qeyd edib ki, zəif şagirdlərin məktəbdən uzaqlaşdırılması problemin həlli deyil, çünki həmin uşaqlar yenə ümumi təhsil sistemində qalırlar.//modern

Son xəbərlər