Mojo.az Banner
SON DƏQİQƏ
20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir müavinindən direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ

12.12.2019 15:02 1 536
Nazir müavinindən direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ
Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu gün təhsil sahəsində narahatedici əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur:

“Bu müzakirələrin içərisində şagirdlərin dərsə davamiyyəti də diqqətimizi çəkən aktual məsələlərdəndir. Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb və həmin sistemdə bu gün biz, oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük”.

M.Vəliyeva bildirib ki, mərkəzi məktəblərdən ucqar məktəblərə gedən şagirdlərin ailəsi ilə birlikdə köçdükdə dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir:

“Bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən, məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, məktəblərdə, xüsusən 10-11-ci siniflərə qəbul olunan şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün. Şagirdlər və valideynlərlə bu barədə söhbətlər aparılsın”.скачать dle 11.3

Son xəbərlər