Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

“5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir

11.09.2026 21:17 198
“5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir
44 günlük Vətən müharibəsi şəhidi Mürşüd Məmmədzadənin anası Ülviyyə Abbasova “Unikal Baku” şirkətinin rəhbəri Nəsimi Qədirov və onun həyat yoldaşı Elnarə Qədirovadan şikayətçidir.

Ülviyyə Abbasova sitat.info-ya açıqlamasında Nəsimi Qədirovun ona 5 min manat borclu olduğunu bildirib. Şəhid anasının iddiasına görə, borcunu tələb etdiyi üçün Nəsimi Qədirov və həyat yoldaşı tərəfindən təhqir olunub. O, Elnarə Qədirovanın ona “Get, şəhidinə hörmət elə, dilənçi” dediyini söyləyib.

Ülviyyə Abbasova həmçinin Nəsimi Qədirovun başqa şəxslərə, o cümlədən bəzi tanınmış simalara da borclu olduğunu iddia edib.

Şəhid anası aidiyyəti dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasını və pulunun geri qaytarılmasına kömək göstərilməsini istəyib:

“Bu adamın arxasında kimin dayandığını bilmirəm. Bu gün tutulur, sabah yenidən azadlığa çıxır. Xahiş edirəm, mənə kömək etsinlər, pulumu geri ala bilim”.

Qeyd edək ki, yayılan məlumata əsasən, Nəsimi Qədirov 2026-cı ilin mayında Ülviyyə Abbasovanı təhqir etdiyinə görə 5 sutka inzibati həbs cəzası alıb.

Bundan başqa, 2011-ci ildə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə axtarışda olan Nəsimi Qədirovun saxlanıldığı bildirilir.скачать dle 11.3
Mojo.az Banner