Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər

11.09.2026 18:53 168
iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər
“Apple”ın yeni “iPhone 18” seriyasını təqdim etməsi smartfon bazarında yenidən qiymət müzakirələrini gündəmə gətirib. Yeni modelin satışa çıxması ilə əvvəlki nəsil “iPhone”lara tələbatın və onların bazar qiymətlərinin necə dəyişəcəyi maraq doğurur.

Yeni iPhone modelinin təqdimatı köhnə modellərin qiymətinə nə qədər təsir edir? Əvvəlki modellərin qiymətləri təxminən neçə faiz ucuzlaşa bilər və hazırda iPhone almaq istəyənlər üçün gözləmək daha sərfəlidirmi?

Median.Az bildirir ki, texnoloq Elvin Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, yeni “iPhone” təqdim olunanda köhnə modellərin qiymətində dərhal kəskin eniş olmur, amma bazar psixologiyası dəyişir:

“İnsanların diqqəti yeni modelə yönəlir, satıcılar isə əvvəlki nəsil cihazları daha tez satmaq üçün endirim və kampaniyaları artırırlar. Xüsusilə yeni model mağazalara çatdıqdan sonra əvvəlki seriyaların qiymətində daha nəzərəçarpan dəyişiklik görmək olur. Qiymətin nə qədər düşməsi isə modeldən çox asılıdır. Müşahidələrə görə, yeni və qutuda olan cihazlarda ilk mərhələdə təxminən 5-10 faiz endirim daha real görünür. İkinci əl bazarında isə qiymət itkisi daha sürətli ola bilər və bəzi modellərdə 10-20 faizə qədər enməsi mümkündür”.

Elvin Həsənovun sözlərinə görə, burada ən maraqlı məqam odur ki, yeni “iPhone” çıxanda köhnə model birdən-birə pis telefona çevrilmir:

“Sadəcə, bazarda ən yeni model statusunu itirir. Məsələn, bir il əvvəl çox güclü hesab olunan “iPhone 17” bu gün də eyni kamera, eyni prosessor və eyni funksiyalarla işləyir. Sadəcə, yeni model gəldiyi üçün onun qiyməti daha münasib olur. Ona görə də hazırda “iPhone” almaq istəyən, amma mütləq ən son modeli istəməyən istifadəçi üçün gözləmək çox vaxt sərfəli seçimdir. Yeni model satışa çıxandan sonra 2-3 həftə ərzində mağazaların qiymət siyasəti daha aydın görünür və əvvəlki modellər üzrə daha yaxşı təkliflər ortaya çıxa bilər. Amma köhnə telefonunu satıb yenisini almaq istəyənlər üçün vəziyyət əksinə olur. Yeni model bazara çıxdıqca onların əlindəki cihazın ikinci əl qiyməti də aşağı düşə bilər. Yəni alıcı üçün gözləmək üstünlükdür, satıcı üçün isə çox gözləmək bəzən əlavə dəyər itkisi deməkdir”.скачать dle 11.3
Mojo.az Banner