Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq |
Mojo.az Avto
Mojo.az Avto

Komaya düşən DSK sədri vəfat etdi - YENİLƏNİB

19.02.2020 19:54 2 662
Komaya düşən DSK sədri vəfat etdi - YENİLƏNİB
64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri vəfat edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, uzun müddət ağır xəstəliklərdən əziyyət çəkən, 64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür Ələkbər oğlu İmanov yaşadığı Sabirabad rayonu Nərimankənd kəndində dünyasını dəyişib.

Qeyd edilir ki, 65 yaşlı Şükür İmanov böyrək çatışmazlığından əziyyət çəkirmiş. Bir il əvvəl ona bacısının böyrəyi köçürülüb. Eyni zamanda kardioloji problemi və ağır diabet xəstəsi olan DSK sədrinin son bir neçə gündə orqanizmi müalicələrə tabe olmadığından komatoz vəziyyətə düşüb və süni nəfəs aparatına qoşulub.

Bakıdakı xəstəxanalardan birində müalicə alan Ş. İmanov yaxınlarının xahişi ilə yaşadığı evə aparılıb və fevralın 19-da dünyasını dəyişib.

***

64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür İmanov komaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ş.İmanov bir neçə ildir ki, ağır xəstəlikdən əziyyət çəkir. Onun ürəyində və böyrəyində problemlər var. Böyrəyinin biri bir müddət əvvəl əməliyyatla götürülüb. Son üç gündə isə vəziyyəti ağırlaşdığı üçün işə çıxmayıb və xəstəxanaya yerləşdirilib. Hazırda o, komadadır.

Həkimlər onun yaşaması üçün ümidin olmadığını bildirərək, İmanovu ailəsinə təhvil veriblər. Hazırda dairə sədri Qaratəpə kəndində yerləşən evinə gətirilib.

Qeyd edək ki, 64 saylı dairədən deputatlığa lider namizəd YAP-ı təmsil edən Ramin Məmmədovdur.

Son xəbərlər