Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir |
Mojo.az Avto
Mojo.az Avto

“Qüsursuz hərbi xidmət keçmiş zabitlər evlə təmin olunur” - ŞƏRH

14.02.2020 12:37 3 338
“Qüsursuz hərbi xidmət keçmiş zabitlər evlə təmin olunur” - ŞƏRH
“Azərbaycanda 20 il qüsursuz hərbi xidmətdə olmuş zabitlər evlə təmin edilir. Dövlət evsiz olan zabitlərin aylıq kirayə haqqını ödəyir. Hər ay həmin şəxslərin kirayə haqları verilir”.

Report xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, ehtiyata buraxılmış zabitlərin evlə təmin olunması ilə bağlı daha əvvəl qanun qəbul edilib:

“Qanunun icrası ilə bağlı bəzi obyektiv səbəblərdən ləngimə prosesləri gedir. Obyektiv səbəblər nədir? Bilirsiniz ki, məcburi köçkünlərin köçürülməsi çox sürətlə həyata keçirilir. Yəni onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər davam etdirilir.

Ötən il altı mindən çox bu kateqoriyadan olan insanlara yeni mənzillər verildi. Həmçinin, Qarabağ əlilləri və şəhid ailələrinə də yeni evlər verilir. Hesab edirəm ki, növbəti illərdə də ehtiyata buraxılmış zabitlərin mənzil şəraiti yaxşılaşacaq.

Yəni bunların bir balaca zamana ehtiyacı var. Çünki uşaq bağçalarında, təhsil müəssisələrində və yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin, Qarabağ əlillərinin təminatı ilə bağlı, ola bilsin ki, ləngimələr olsun”.

N.Məhəməliyev bildirib ki, ölkəmiz müharibə şəraitindədir, ordunun saxlanılması üçün ən müasir silahlarla təchiz olunması üçün milyardlarla vəsait xərclənir:

“Bu məsələlərə görə də ehtiyata buraxılmış zabitlərin mənzil şəraiti ilə təmin olunmasında bir balaca ləngimələr var. Tam məsuliyyətlə deyirəm ki, evlə təmin olunmayan zabitlərə dövlət hər ay kirayə haqqı ödəyir. Eyni zamanda, ehtiyata buraxılmış zabitlərə ev verilir. Bunun əksini iddia etmək qətiyyən doğru deyil. Sadəcə, gözləmək, səbr etmək lazımdır”.


Son xəbərlər