Mojo.az — elanlar
Son Xəbərlər
14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |    
Mojo.az Avto
Mojo.az Avto

London məhkəməsi Zamirə Hacıyeva ilə bağlı qərar verdi

05.02.2020 22:40 2 227
London məhkəməsi Zamirə Hacıyeva ilə bağlı qərar verdi
London məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın məhkəmə işini yekunlaşdırıb.

Median.Az
xəbər verir ki, hər 3 hakim Hacıyevanın apellyasiya şikayətini təmin etməyib.

Zamirə Hacıyeva iki dəfə apellyasiya şikayəti versə də, onun əleyhinə qərar çıxarılıb və son instansiyada - Ali Məhkəmədə iddia qaldırmaq hüququndan məhrum edilib.

Xatırladaq ki, Zamirə Hacıyeva Londonun "Harrods” mağazasında 16 milyon funt sterliqn xərclədikdən sonra Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) diqqətini çəkmişdi. Vəzifəsindən sui-istifadə etdiyində görə 16 illik həbsə məhkum edilmiş Cahangir Hacıyevin xanımı Londonun Knightsbridge ərazisində mülklərə sahibdir. Ərinin dövlət işçisi kimi qazancı heç vaxt 70 min dolları keçməyən Hacıyevanın bu pulları haradan alması şübhə doğurub. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.

İndi isə Hacıyeva 7 gün ərzində müstəntiqlərə var-dövlətinin mənbəyi haqda izahat verməlidir. Əgər bunu izah edə bilməsə, NCA məhkəmədən həmin əmlakın müsadirə olunmasını, daha sonra isə satılmasını tələb edəcək. Əldə edilən gəlir Böyük Britaniyanın xəzinəsinə daxil ediləcək.

Əgər Hacıyeva qanuni maliyyə mənbəyi göstərərsə, NCA 60 gün ərzində onun bank hesablarını araşdıracaq. Yalnız bundan sonra müstəntiqlər işin bağlanması, yaxud əmlakın müsadirəsi haqda qərar verəcəklər.//qaynarinfo.az

Son xəbərlər