Mojo.az Banner
22:27 Reklam olunan bu məhsullarda təhlükəli maddə tapılıb  |     22:18 DİM-dən beynəlxalq dil sertifikatları haqda iddialarla bağlı AÇIQLAMA  |     22:13 Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib  |     22:07 "Neftçi" son yoxlama oyununda "Osiyek"ə uduzdu  |     22:02 Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır - TƏFƏRRÜAT  |     21:54 Makron Fransa ordusunu müharibələrə hazırlaşmağa çağırdı  |     21:49 DÇ-2026-dan kənarlaşdırılan niderlandlı hakim 38 yaşında öldü  |     21:41 İran region ölkələrini təhdid etdi  |     21:36 Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu  |     21:28 Ən etibarlı avtopilot sistemləri olan avtomobillər açıqlandı  |     21:22 Qohumunun evindən 19 min 590 manatlıq qızıl oğurladı  |     21:14 Sabah deputatlar tətilə çıxacaq  |     21:09 Çin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya  |     21:02 Haluk Levent saxlanıldı - 60 milyon dollarlıq iddia  |     20:57 Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi  |     20:49 Kredit sığortası hansı hallarda borcu bağlayır?  |     20:43 Narkotiklə bağlı 2848 nəfər tutulub, 30-u əcnəbidir  |     20:35 Rafael Ağayevə ağır itki  |     20:30 Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı  |     20:22 Sürücülər ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar  |    
Left Banner
Right Banner

Cahangir Hacıyevin milyonlarla manat xərcləyən həyat yoldaşı hakim qarşısında

24.06.2019 17:32 3 248
Cahangir Hacıyevin milyonlarla manat xərcləyən həyat yoldaşı hakim qarşısında
Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı, 55 yaşlı Zamirə Hacıyevanın məhkəməsi olub.

Median.Az
APA-ya istinadla xəbər verir ki, "Westminster Magistrates" məhkəməsində keçirilən iclas iki saat yarımdan çox çəkib.

Məhkəmə prosesində Cahangir Hacıyevın 29-70 min dollar arası maaş aldığı xatırladılıb. Bu məbləğdə maaş qazanan birinin ailə üzvünün bu qədər yüksək vəsaiti ancaq qanunsuz yollarla əldə edə biləcəyi vurğulanıb.

Qeyd edilib ki, Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankı tərəfindən 28 kart istifadə edib, bu kartlardan 10-u şəxsən Zamirə Hacıyevanın adına açılıb. Digər kartlardan bəziləri isə ərinin şəxsi mühafizəçisinin adınadır. Zamirə Hacıyeva özünün adına olan kartlardan 14.5 -15.5 milyon funt sterlinq məbləğində pul xərcləyib, özü və ailəsi üçün bahalı təyyarə bileti, qızıl-zinyət əşyaları alıb, üç uşağının təhsil xərclərini ödəyib, gözəllik mərkəzlərində bu puldan istifadə edib. Zamirə Hacıyeva bu 10 bank kartından 13 milyon 500 min dollar, 2 milyon 790 min avro və 4 milyon 600 min manat xərcləyib.

Onun əri, Cahangir Hacıyevin bu məbləğdə pulunun olmadığı, o bu kartları alarkən lazımı sənədlərin təqdim edilmədiyi deyilib.

Bildirilib ki, 2009-2015-ci illərdə Zamirə Hacıyevaya bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Ümumilikdə çirkli pul yumaq, bankın pullarının mənimsənilməsi səbəbindən Azərbaycanda 37 nəfərlik “kriminal qrup”un bu işdə adının hallandığı bildirilib. Vurğulanıb ki, bu kriminal qrup ümumilikdə 97 milyon dollar mənimsəyib.

Zamirə Hacıyevanın vəkili isə gizli şahidlə bağlı hakimə müraciət edib. Belə ki, o şahidin adının təhlükəsizlik baxımından gizli tutulmasını xahiş edib.

Qeyd edək ki, Zamirə Hacıyeva ilk dəfədir ki, özünün məhkəmə prosesində iştirak edir. Məhkəmə prosesi günortadan sonra davam edəcək.

55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO) çərçivəsində məhkəmə qarşısına çıxır . Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Xatırladaq ki, Zamirə Hacıyeva 2014-cü ildən Azərbaycana gəlməyib. O, 11.5 milyon funt sterlinq dəyərində “Harrods”a yaxın məsafədə üç evə sahibdir. Onun ən maraqlı xərcləri arasında "Disney"in eksklüziv mağazasında "Bibbidi Bobbidi Boo" kassasında 99,000 funt sterlinq dəyərində etdiyi ödəniş olub.скачать dle 11.3
Mojo.az Banner