Mojo.az — elanlar
RU
Son Xəbərlər
11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |    
Mojo.az Avto
Mojo.az Avto

XİN-dən Azərbaycan vətəndaşlarına ölümcül virusla bağlı XƏBƏRDARLIQ

24.01.2020 17:07 1 777
XİN-dən Azərbaycan vətəndaşlarına ölümcül virusla bağlı XƏBƏRDARLIQ
Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.

XİN-dən verilən məlumata görə, 2019-cu ilin dekabr ayında Çin Xalq Respublikasının Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanıb və insandan insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edilib.

Çin Xalq Respublikasının Milli Səhiyyə Komitəsinin 24 yanvar 2020-ci il tarixli məlumatına əsasən, 177 nəfərin vəziyyəti kritik olmaqla 830 nəfər sözügedən virusa yoluxub və 25 nəfər vəfat edib. Çinin Uxan şəhərində karantin elan edilib:

http://www.nhc.gov.cn/xcs/yqfkdt/202001/c5da49c4c5bf4bcfb320ec2036480627.shtml 

Ümumdünya Səhiyyə Təşkilatı kəskin respirator xəstəliklərin yayılması riskinin azaldılması məqsədilə aşağıdakıları tövsiyə edir:

· kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasdan çəkinmək;

· xəstə insanlarla və ya onların mühiti ilə birbaşa təmasdan sonra əlləri yumaq;

· canlı/ölü vəhşi və ya kənd təsərrüfatı heyvanları ilə yaxın təmasdan çəkinmək;

· kəskin respirator xəstəliklər simptomu olan səyahətçilər öskürək etiketinə əməletməlidirlər (məsafə saxlanılmalı, öskürək zamanı ağzı bağlamaq və əlləri yumaq).

· yaranmış vəziyyətlə bağlı təşvişə düşməmək;

· sözügedən xəstəliklə bağlı hansısa simptomlar müşahidə edildiyi təqdirdə birbaşa müvafiq tibb müəssisəsinə müraciət etmək.

https://www.who.int/ith/2020-0901_outbreak_of_Pneumonia_caused_by_a_new_coronavirus_in_C/en/

Çinə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur. 

Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çin Xalq Respublikasının müvafiq səhiyyə qurumlarına və Azərbaycan Respublikasının Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Son xəbərlər