Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölümcül virusa yoluxanların sayı kəskin artır: Çinin 10 şəhərində karantin elan olundu

24.01.2020 12:09 1 549
Ölümcül virusa yoluxanların sayı kəskin artır: Çinin 10 şəhərində karantin elan olundu
Çində yayılan ölümcül koronovirus epidemiyası ilə əlaqədar Hubey əyalətində 10 şəhərlə nəqliyyat rabitəsi dayandırılıb. Ən sərt karantin epidemiyanın başladığı Uxan şəhərində tətbiq olunub.

Bu barədə “RİA Novsti” xəbər yayıb.

Məlumata görə, Çibi, Eçjou, Huanqan, Syantao, Çjitsyan, Huanşi, Enşi və Syannin şəhərlərinə nəqliyyatın hərəkəti dayandırılıb.

Uxanda hökumət sərnişin avtobuslarını və su nəqliyyatını şəhərə buraxmır. Vağzal və aeroportlar bağlanıb.

Pekində bütün iri tədbirlər ləğv edilib.

Qeyd edək ki, epidemiya sürətlə yayılır. Yanvarın 24-nə olan məlumata görə, təhlükəli xəstəliyə yoluxanların sayı kəskin artaraq, 849 nəfərə çatıb (dünən rəsmi məlumatlarda 617 nəfər göstərilirdi). Onlarda 177-nin vəziyyəti ağır qiymətləndirilir. Bundan başqa, ölümcül virusa yoluxan 26 nəfər həyatını itirib.

Qeyd edək ki, təhlükəli xəstəlik artıq qonşu ölkələrdə də müşahidə olunub. Belə ki, dünən Rusiyada iki nəfər bu xəstəliklə əlaqədar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər