Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çində koronavirusdan ölənlərin sayı 17-yə, yoluxanların isə 544-ə çatıb

22.01.2020 21:42 1 775
Çində koronavirusdan ölənlərin sayı 17-yə, yoluxanların isə 544-ə çatıb
Çində vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 544-ə, bu virus səbəbindən ölənlərin sayı isə 17-yə çatıb. Digər ölkələrdə isə bu virusa yoluxanların sayı 7-dir.

Median.Az
-ın məlumatına görə, bu barədə Xubey vilayətinin rəsmilərinin keçirdiyi mətbuat konfransında məlumat verilib. Bildirilib ki, virusun səbəb olduğu sətəlcəm xəstəliyinin ölüm hallarının hamısı vilayətin inzibati mərkəzi olan Uxan şəhərində qeydə alınıb.

Xatırladaq ki, Çin Dövlət Səhiyyə Komissiyasının yüksək səviyyəli ekspertlər qrupu koronavirusun yeni növünün insandan-insana keçməsi faktını təsdiqləyiblər. Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, Tailandda, Cənubi Koreyada, Yaponiyada və ABŞ-da virusa yoluxma halları aşkarlanıb. Onların hamısı Çinin Uxan şəhərinə səyahət edənlərdir.

Koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Son xəbərlər