Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusa yoluxanların sayı 913 nəfərə çatıb

24.01.2020 23:36 1 762
Koronavirusa yoluxanların sayı 913 nəfərə çatıb
Çində aşkarlanan koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı dünya üzrə 913 nəfərə çatıb. Onlardan 897-si və ölüm hallarının hamısı (26) Çində qeydə alınıb.

Median.Az
-ın məlumatına görə, Çin Dövlət Səhiyyə Komissiyası virusa ən çox yoluxma və ölüm hallarının virusun aşkarlandığı Xubey vilayətində (549 nəfər yoluxma, 24 ölüm halı) baş verdiyini bildirib. İndiyədək 35 nəfərin müalicədən sonra vəziyyətinin yaxşılaşdığı və xəstəxananı tərk etdiyi bildirilir.

Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib.
Xubey vilayəti ilə yanaşı, Pekin, Şanxay, Çunçin, Tiencin şəhərlərində, habelə Cıcian, Quandun, Xunan, Ahnuy, Siçuan, Ciansi, Yünnan və Quycou vilayətlərində 1-ci səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub.

Çin ordusunun həkimlər qrupu koronavirusun səbəb olduğu sətəlcəmin yayılmasına qarşı mübarizə tədbirləri üçün hazır vəziyyətə gətirib. Yayılan məlumatlara görə, artıq hərbi həkim briqadası virusun episentri olan Uxan şəhərinə yola salınıb.

Bundan başqa, Çinin bir neçə şəhərindən həkim briqadaları Uxana ezam olunublar. Şanxaydan 405, Quandun vilayətindən isə 205 tibb işçisinin Uxanda sətəlcəmlə mübarizəyə cəlb olunması qərara alınıb.

Son xəbərlər