Mojo.az Banner
23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |    
Left Banner
Right Banner

Azərbaycanda misilsiz saxtakarlıq: Şagird həm Bakıda, həm ABŞ-da təhsil alır – Araşdırma başladı

24.01.2020 13:37 2 402
Azərbaycanda misilsiz saxtakarlıq: Şagird həm Bakıda, həm ABŞ-da təhsil alır – Araşdırma başladı
Bakı şəhəri 53 nömrəli məktəbdə ötən dərs ilində IX sinfi bitirmiş Nigar Bayramlı bu dərs ilində ABŞ-da təhsilini davam etdirir.

Bu barədə Oxu.Az-a daxil olan məlumatda qeyd edilib.

İddiaya görə, buna baxmayaraq, onun adı 53 nömrəli məktəbin X sinif şagirdi kimi saxlanılıb. Şagirdin adı I yarım ildə sinif jurnalında yazılaraq davamiyyəti qeyd edilib.

Məktəbin direktoru Firəngiz Həmidova bunun ciddi saxtakarlıq, hətta cinayət tərkibli olduğunu bilsə də, şagirdin “kağız üzərində təhsil almasına” şərait yaradıb.

Məlumatda qeyd edilib ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən faktla bağlı araşdırmalara başlanılıb. Bu araşdırma hələ başa çatmasa da, saxtakarlığın qarşısını alıblar.

F.Həmidova bu işdən “qurtulmaq” adı altında bütün müəllimlərdən adam başına 150-200 manat yığıb. Bir sözü iki olmayan direktorun bu yığım reydi halal əməkhaqqı ilə dolanan müəllimləri özündən çıxarıb və hadisə ictimailəşib.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdin həm ABŞ-da, həm də Bakıda təhsil alması faktı aşkarlanıb:

“Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə aparılan araşdırma zamanı məktəbin ötən tədris ili məzunu (IX sinif), ABŞ-da təhsil aldığı bildirilən N.Bayramlının adının məktəbin sinif jurnalında qeyd olunması (X sinif şagird kontingentinə daxil edildiyi üçün) və qiymətləndirmə aparılması faktı aşkar edilib.

Ölkə hüdudlarından kənarda olan N.Bayramlının adının müvafiq qaydalara zidd olaraq məktəbin sinif jurnalında qeyd olunmasının və qiymətləndirilməsinin yolverilməz olduğu nəzərə alınaraq, fakt müvafiq qaydada rəsmiləşdirilib”.

“Faktın bütün təfərrüatına dair Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma davam edir.

Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək”, - deyə qurumdan qeyd edilib.
скачать dle 11.3
Mojo.az Banner