Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir daha bir məktəb direktorunu işdən çıxardı

01.05.2019 12:26 2 025
Nazir daha bir məktəb direktorunu işdən çıxardı
Bakıda 123 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib.

Bu barədə Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib.

“Nazirliyinin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad edilib”, - deyə məlumatda qeyd edilib.

Nazirlikdən bildirilib ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Qeyd edək ki, 2019-cu il fevralın 21-də 123 nömrəli məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət alıb. O, qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Martın 15-də şagirdin vəfat etdiyi barədə məlumat verilib. Nəticədə məktəbin iki şagirdi şübhəli qismində nəzarətə götürülüb.скачать dle 11.3
Mojo.az Banner