Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır | 14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib |
Mojo.az Avto
Mojo.az Avto

Hematoloji xidmətdə kütləvi ixtisarlarla bağlı məlumatlar həqiqətə uyğun deyil - YENİLƏNİB + ÖZƏL

15.01.2020 23:36 2 998
Hematoloji xidmətdə kütləvi ixtisarlarla bağlı məlumatlar həqiqətə uyğun deyil - YENİLƏNİB + ÖZƏL
Bir sıra kütləvi informasiya vasitələrində Azərbaycanın hematoloji xidmətində kütləvi ixtisarlarla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Oxu.Az-a səhiyyə sahəsindəki mənbə məlumat verib. Onun sözlərinə görə, B.Ə.Eyvazov adına Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva respublikanın hematoloji xidmətində işini davam etdirir.

“Z.Əlimirzəyeva əla mütəxəssisdir” deyən həmsöhbətimiz Z.Əlimirzəyevanın işini hansı vəzifədə yerinə yetirdiyini bildirməyib. O, həmçinin Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynovun Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbəri (icraçı direktor) vəzifəsinə təyin olunduğunu qeyd edib.

Yeni struktur 23 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən yaradılıb. Fərmana əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılıb.

Mənbə qeyd edib:

“Dövlət başçısının TƏBİB-in yaradılması ilə bağlı fərmanı ölkədə normal fəaliyyət göstərən hematoloji xidmətin həyata keçirilməsi məqsədi daşıyır. İndi bu istiqamətdə aktiv işlər görülür, o cümlədən qurumun heyəti formalaşdırılır. Ancaq heç bir işdən çıxarılmadan danışmaq olmaz. Bir nəfər də istefa məktubu yazmayıb və mərkəz rəhbəri bu cür əmr verməyib. Ümumiyyətlə, ölkənin hematoloji xidməti normal işləyir”.

***

B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutuna (Qanköçürmə İnstitutu) yeni direktor təyin edilib, əvvəlki rəhbər Zöhrə Əlimirzayeva isə işdən çıxarılıb.

Medicina.az xəbər verir ki, onun yerinə Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov təyin edilib.

Xəstəxanadan saytımıza bildirilib ki, yeni direktor işə başlayandan dərhal sonra kadr dəyişikliklərinə başlayıb, bir neçə həkimin ərizəsi alınıb. Onun ciddi kadr dəyişiklikləri edəcəyi gözlənilir.

Son xəbərlər