Evlənmək istədilər, QİÇS olduqları üzə çıxdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:22 Gənc əsgərlərlə görüşə müvəqqəti MƏHDUDİYYƏT QOYULDU - SƏBƏB  |     14:11 Paytaxta külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs Cəlilabadda saxlanıldı - Video  |     13:57 Azərbaycana payızın gələcəyi VAXT AÇIQLANDI  |     13:44 Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı  |     13:41 Hamilə sevgilisinə əzab verərək videoya çəkən şəxslə bağlı QƏRAR  |     13:02 Məktəb direktoru işdən çıxarıldı - FOTO  |     12:56 FHN-dən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT  |     12:45 Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu  |     12:16 Keçmiş məcburi köçkünlə ev sahibi arasında qalmaqal: 32 ildir evinə köçə bilmir - Video  |     12:15 Pirəkəşküldə 63 yaşlı kişini vuran sürücü tapılmır - Video  |     12:09 Musiqi, incəsənət məktəb və mərkəzlərinə sənədlərin qəbulu və qeydiyyat müddəti uzadıldı  |     12:05 İrandan Azərbaycana keçmək istəyən əcnəbi saxlanıldı  |     12:03 Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı - Dörd nəfər saxlanıldı  |     12:01 Rusiya ordusuna məxsus dron Polşada yaşayış evinə çırpılıb  |     11:16 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi  |     23:01 Ətin bahalaşmasını necə dayandırmalı? - Ekspert açıqladı  |     22:54 HƏMAS rəhbərliyi İsrailin Dohaya hücumunda xəsarət almayıb  |     22:48 “Gips” zavodu cərimələndi  |     22:42 TƏBİB və İcbari Tibbi Sığorta Agentliyində yoxlama başladı - RƏSMİ  |     22:27 AP: "iPhone"un qiməti 1000 dollar arta bilər  |    

Evlənmək istədilər, QİÇS olduqları üzə çıxdı

Dekabr ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 36 nəfərdə sifilis, 15 nəfərdə isə QİÇS aşkar edilib.

Bunu Oxu.Az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, ötən ay ərzində ümumilikdə nikaha daxil olmaq istəyən 9149 nəfərin icbari tibbi müayinəsi həyata keçirilib:

“265 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan üç cütlük müəyyənləşdirilib”.

Z.Əlimirzəyeva bildirib ki, 2019-cu il ərzində nikaha daxil olmaq üçün 135551 nəfər müayinədən keçib:

“Onlardan 3658 nəfərdə talassemiya daşıyıcılığı, 381 nəfərdə sifilis, 150 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 46 olub.

2015-ci ildən indiyədək 635364 nəfərdə qan müayinəsi aparılıb.

21893 cütlükdən birində talassemiya daşıyıcılığı, 235 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2109 nəfərdə sifilis, 605 nəfərdə HİV(QİÇS) qeydə alınıb.

Qeyd edək ki, 1 iyun 2015-ci ildən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 872 09.01.20 14:47