Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır |
Mojo.az Avto
Mojo.az Avto

“Luna Park”da ağacların kəsilməsinə dair məlumatlar həqiqəti əks etdirmir - RƏSMİ / FOTO+VİDEO

02.01.2020 15:26 2 364
“Luna Park”da ağacların kəsilməsinə dair məlumatlar həqiqəti əks etdirmir - RƏSMİ / FOTO+VİDEO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Luna Park”ın ərazisində ağacların kəsilməsi ilə bağlı yayılan məlumata rəsmi münasibət bildirib.

Nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Əlişah Rəcəbov Oxu.Az-a açıqlamasında bildirib ki, kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir:

“Daxil olan məlumat əsasında nazirlik əməkdaşları tərəfindən köhnə “Luna Park” ərazisinə baxış keçirilib. Ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı yayılan məlumatların yanlış olduğu ortaya çıxıb.

Əraziyə baxış keçirilən zaman yaşıllıq sahədə ağaclara aqrotexniki qulluq göstərildiyi, bioloji inkişafdan qalmış bir neçə qurumuş və aşmış ağacın müvafiq təşkilatlar tərəfindən götürülərək yerinə xan çinarı, sərv və eldar şamının əkildiyi məlum olub”.

Ə.Rəcəbov son olaraq qeyd edib ki, hazırda ərazidə abadlıq işləri aparılır və yaşıllıqlara aqrotexniki qulluq göstərilir.

Qeyd edək ki, ötən gün kütləvi informasiya vasitələrində Bakının Xətai rayonundakı Nobel prospektində yerləşən “Luna Park”da ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı xəbərlər dərc olunub.









Son xəbərlər